Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ron Yans - (29 sentyabr 1958-ci il təvəllüdlü) Niderlandlı peşəkar futbol məşqçisi və keçmiş futbolçu.Hal-hazırda "Utrext" klubunun baş məşqçsidir.

Ron Yans

  • Ana Səhifə
  • Vikipediya
  • Ron Yans

Ron Yans - (29 sentyabr 1958-ci il təvəllüdlü) Niderlandlı peşəkar futbol məşqçisi və keçmiş futbolçu.Hal-hazırda "Utrext" klubunun baş məşqçsidir.

Ron Yans

ing.

Ron Jans
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1958 (67 yaş)
Doğum yeri Zvolle,Overeyssel,Niderland
Vətəndaşlığı Hollandiya
Mövqeyi Hücumçu
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
Milli yığma
0000 0 (0)
Məşqçi karyerası
2002–2010 Qroningen
2010–2012 SC Heerenveen
2012 Standard
2013–2017 Zvolle
2019–2020 FC Cincinnati
2020–2023 Tvente
2023–h.h. Utrext

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məşqçilik Karyerası

Qroningen FK

Zvolle (Overeyssel) şəhərində anadan olan Yans 2002-ci ildə "Qroningen FK" klubuna qoşuldu və bütün Ərədivizidə ən uzunmüddətli baş məşqçi oldu.Onun rəhbərliyi dövründə klub 2005 və 2006-cı illərdə ardıcıl iki dəfə UEFA Kubokuna vəsiqə qazanaraq mühüm uğurlar əldə etdi."Qroningen"də işlədiyi müddətdə Yans mətbuat konfranslarında zarafatcıl açıqlamaları və mətbuata qarşı pozitiv münasibəti ilə tanınırdı.O,əvvəllər alman dili müəllimi kimi fəaliyyət göstərmiş,həmçinin 2009-10 mövsümündə "Nederland 3" telekanalında UEFA Çempionlar Liqasının analitiki kimi mütəmadi çıxış etmişdir.

Herenven

2010-cu ilin fevralında "Herenven" rəsmiləri "Qroningen"in baş məşqçisi ilə növbəti mövsüm üçün razılıq əldə etdilər.51 yaşlı Ron Yans mövsümün sonunda yeni klubuna qoşularaq Yan de Yonqu əvəz etdi.Bu keçid böyük mübahisələrə səbəb oldu,çünki "Hereven" və "Qroningen" Ərədivizidə ənənəvi rəqiblərdir.Ron Yans "Qroningen"in simvolu hesab olunurdu və azərkeşlər onun rəqib komandaya keçidini yaxşı qarşılamadılar.Xəbər yayıldıqdan sonra fanatlar "Heç vaxt əvəzləməyi bacarmadın" yazılı pankart açaraq həm onun rəqibə keçidinə etirazlarını,həm də bəzən məntiqsiz hesab olunan oyunçu dəyişikliklərini məsxərəyə qoydular.

Ron Yansın "Hereven"dəki ilk mövsümü ümumilikdə uğursuz hesab olundu,çünki komanda yalnız liqa cədvəlində on ikinci yeri tutdu və məşqçi bir sıra mübahisəli qərarlarına görə tənqid edildi.Bununla belə,onun ikinci mövsümü daha uğurlu oldu.Ron Yans hücumçular Bas Dost,Lüsiano Narsinq və Ussama Assaididən maksimum fayda götürərək 2012-ci ilin aprelində komandaya çempionluq uğrunda mübarizə aparmaq imkanı qazandırdı.2012-ci ilin yanvarında məlum oldu ki,Ron Yans mövsümün sonunda "Herenven"dən ayrılacaq və onu Niderlandın əfsanəvi futbolçusu Marko van Basten əvəz edəcək.Yans komandanı mövsümün sonunda birbaşa UEFA Avropa Liqasına vəsiqə qazandırmağa nail oldu.

Standart Liqa

29 may 2012-ci ildə Ron Yans Belçikanın "Standart Lyej" klubu ilə müqavilə imzaladı.Lakin həmin ilin 22 oktyabrında klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildi.O vaxt "Standart" Belçika Pro Liqasında 12-ci yerdə qərarlaşmışdı.

PEC Zvolle

Ron Yans 2013-cü ildə "PEC Zvolle" klubuna qoşuldu.Onun rəhbərliyi altında "Blauvinqers" ilk mövsümdə KNVB Kubokunu qazanaraq finalda "Ayaks"ı 5-1 hesabı ilə məğlub etdi.2014-15 mövsümündə isə Yans komandaya Yohan Kroyff superkubokunu qazandırdı,"Ayaks"ı Amsterdamda 1-0 hesaı ilə məğlub etdi.Həmin mövsümün sonrakı mərhələsində Yans "Zvolle"ni yenidən KNVB Kubokunun finalına çıxardı,lakin finalda "Qroningen"ə 0-2 hesabı ilə uduzdular.

FK Sinsinnati

2019-cu il 26 iyulda "The Athletic" xəbər verdi ki,Ron Yans ABŞ-ın "FK Sinsinnati" klubunun baş məşqçisi təyin olunub və iş vizası aldıqdan sönra müvəqqəti məşqçi Yoann Dameti əvəz etmişdir.Klub 5 avqust 2019-cu ildə təyinatı rəsmi olaraq elan etdi.Bu,may ayında Alan Koçun işdən uzaqlaşdırılmasından sonra başlayan bir neçə aylıq məşqçi axtarışının sonu idi.Bu,həm də Yansın klubun baş meneceri Xerard Neykamp ilə ikinci əməkdaşlığı idi.Neykamp 2013-cü ildə "PEC Zvolle"nin texniki direktoru olarkən Yansı işə götürmüşdü.Yansın müqaviləsi 31 dekabr 2020-ci ildə başa çatmalı idi və Neykamp əvvəllər bu təyinatın 2021 mövsümü öncəsi yenidən qiymətləndiriləcək "qısamüddətli həll yolu" olduğunu bildirmişdi.

2020-ci il 17 fevral tarixində Ron Yans irqçi ifadə işlətdiyinə dair iddialarla bağlı aparılan araşdırmalar fonunda "FK Sinsinnati" klubunun baş məşqçisi vəzifəsindən istefa verdi.

FK Tvente

Ron Yans 2020-ci il 17 iyunda "FK Tvente" klubunun baş məşqçisi təyin edildi.Müqaviləsinin,həmçinin texniki direktor Yan Streuerin müqaviləsinin müddəti bitdikdən sonra,hər ikisi klubdan azad edildi.Onun son oyunu 2023-cü il 11 iyunda Avropa turnirləri pley-off finalında "Sparta Rotterdam" üzərində 2-1 ümumi hesabla qələbə qazanan komandanın UEFA Avropa Konfrans Liqasının ikinci seçmə mərhələsinə vəsiqə qazanması ilə yadda qaldı.

FK Utrext

2023-cü ilin sentyabrında Ron Yans "Utrext" klubunun baş məşqçisi təyin edildi və bu vəzifədə Maykl Zilberbauerin yerini aldı.

Ron Yans "Domstedelingen"i ilk tam mövsümündə 2024-25 Ərədivizi liqasını dördüncü yerdə başa vurmağa yönəltdi və komandanın UEFA Avropa Liqasının ikinci seçmə mərhələsində iştirak etmək hüququ qazanmasını təmin etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ron Yans haqqında məlumat. Ron Yans nədir? Ron Yans nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xəsis (pyes)

  • Fevral 24, 2026

    Laboratoriya

  • Fevral 27, 2026

    Maçaxı

  • Fevral 27, 2026

    Ron Yans

  • Fevral 27, 2026

    Oqaden müharibəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst