Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Koman

Tvente FK

  • Ana Səhifə
  • Vikipediya
  • Tvente FK

Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş məşqçisi Stiv Maklaren, prezidenti isə Yop Münstermandır.

Tvente FK
FC Twente
Loqonun şəkli
Klubun tam adı Football Club Twente
Ölkə
  •  Niderland
Ləqəb(lər) The Tukkers, Qırmızılar
Rəng(lər) qırmızı-ağ
Yaranma tarixi 1 iyul 1965
Stadionu Qrols Veste
Tutumu 24000
Prezidenti Niderland Joop Munsterman
Baş məşqçisi İngiltərə Stiv Maklaren
Liqa Eredevise
2021/22 4.
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

"Tvente"nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda - "SK Enshede" və "Enshedes Boys"un birləşməsindən sonra "Tvente" klubu fəaliyyət göstərməyə başlayıb. "Tvente" Niderland çempionu ola bilməsə də, onun sələfi "SK Enshede" 1926-cı ildə qızıl medallara yiyələnib.

"Tvente" adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl surətdə beş il ərzində "Tvente" ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə "Tvente"nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.

1973/1974 mövsümündə "Tvente" "Feyenord"la birgə sonadək qızıl medallar uğrunda mübarizə aparsa da, sonda çempionluq rotterdamlılara qismət oldu. Nəticədə ikinci yeri tutaraq, UEFA Kubokuna vəsiqə qazanan "Tvente" burada finaladək irəliləməyi bacardı. Lakin həlledici mərhələdə "Borusiya" (Münhenqladbax) Enshede klubunu iki oyunun nəticəsinə görə 5:1 hesabıyla darmadağın etdi.

1977-ci ildə "Tvente" tarixi ərzində ilk titulunu - ölkə kubokunu qazandı. Lakin bundan sonra "uğursuzluq zolağı"na düşən "Tvente" hətta 1982-ci ildə yüksək liqayla da vidalaşdı. Çox keçmədən yenidən güclülərin sırasına qayıdan "Tvente" daha çox müdafiəyəmeylli oyunuyla diqqət çəkdi. Mövsüm ərzində komandanın oyunlarının əksəri ya 1:1, ya da 0:0 hesabıyla başa çatdı. Buna görə də "Tvente"ni "cansıxıcı komanda" adlandırmağa başladılar. Lakin bu oyun üslubu komandaya uğur gətirdi və Enshed təmsilçisi ardıcıl beş mövsüm avrokuboklarda çıxış etdi.

1996-cı ildə baş məşqçi postuna alman Hans Mayerv gətirildi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medallarını qazandı.

2001-ci ilin 24 mayında isə "Tvente" ölkə kubokuna yiyələnməklə 24 illik kubok həsrətinə son qoydu.

2002-ci ildə "Tvente" dağıla bilərdi. Çünki komandanın əsas rəhbəri olan şirkət müflis olduğunu bəyan etdi. Lakin sonradan vəziyyət düzəldi və 3 mövsüm sonra gözəl çıxışıyla yadda qalan "Twente" dördüncü yeri tutdu. 2008/2009 mövsümündə isə yekuna əsasən "Tvente" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışmaq hüququ qazandı. Lakin burada "Arsenal" qalib gəldi - 2:0 və 4:0. Ümumilikdə komanda avrokuboklarda keçirdiyi 84 oyunun 33-də qalib gəlib, 17 dəfə heç-heçə oynayıb, 34 görüşdə isə uduzub. 125 qol vurub, öz qapısında isə 112-i buraxıb. 2014-cü ildə Azərbaycan təmsilçisi "Qarabağ" məhz "Tvente"ni mübarizədən kənarlaşdiraraq (evdə 0:0, səfərdə 1:1) UEFA Avropa Liqası nın qrup mərhələsinə yüksəlmişdi.

Uğurları

  • 2 dəfə Niderland Kubokunun qalibi - 1977, 2001
  • UEFA İntertoto Kubokunun qalibi - 2006

Heyəti

  • 1. Vander Bosker (1970, qapıçı)
  • 3. Nikki Keyper (1982, müdafiəçi)
  • 4. Peter Visqerhoff (1979, müdafiəçi)
  • 5. Slobadan Raykoviç (1989, müdafiəçi, Serbiya)
  • 6. Vaut Brama (1986, yarımmüdafiəçi)
  • 8. Ron Stamp (1984, müdafiəçi)
  • 9. Blez Nkufo (1975, hücumçu, kapitan, İsveçrə)
  • 10. Kennet Peres (1974. hücumçu, vitse-kapitan, Danimarka)
  • 11. Nikita Rukavitsa (1987, hücumçu. Avstraliya)
  • 12. Erun Hebax (1974, müdafiəçi)
  • 13. Nikolay Mixaylov (1988, qapıçı, Bolqarıstan)
  • 14. Bernard Parker (1986, yarımmüdafiəçi, CAR)
  • 15. Miroslav Stoç (1989, hücumçu, Serbiya)
  • 16. Ses Paue (1977, qapıçı)
  • 17. Yussuf Hersi (1982, hücumçu)
  • 18. Heyk Tiote (1986, hücumçu, İrlandiya)
  • 19. Duqlas (1988, müdafiəçi. Braziliya
  • 20. Lyuyuk de Yonq (1990, hücumçu)
  • 22. Brayan Ruis (1984, hücumçu, Kosta-Rika)
  • 23. Naşat Akram (1984, yarımmüdafiəçi, Misir)
  • 24. Teo Yansen (1981, hücumçu)
  • 25. Andrey Rendla (1990, hücumçu, Slovakiya)
  • 26. Born Vidarson (1988, yarımmüdafiəçi, İsveç)
  • 27. Dario Vuiçeviç (1990. yarımmüdafiəçi, Xorvatiya)
  • 29. Rensforq Osei (1990, hücumçu. Seneqal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tvente FK haqqında məlumat. Tvente FK nədir? Tvente FK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sührəvərdiyyə

  • Fevral 27, 2026

    Arvit

  • Fevral 27, 2026

    Ögeday qaan

  • Fevral 27, 2026

    Məhəmməd xan

  • Fevral 24, 2026

    HP-7.62

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst