Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024, Abşeron rayonu) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiq

Nəsib Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsib Quliyev

Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024, Abşeron rayonu) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti.

Nəsib Quliyev
Nəsib Cəfər oğlu Quliyev
Doğum tarixi 1951(1951)
Doğum yeri
  • Aşağı Şorca, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 24 aprel 2024
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Odlu silahdan İntihar
Dəfn yeri
  • Mehdiabad
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
İş yeri ET Pediatriya İnstitutunun direktoru
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Azərbaycan Tibb Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20002000

Mündəricat

Həyatı

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.

Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.

Ailəlidir, 3 övladı var.

Ölümü

24 aprel 2024-cü ildə Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar edib. Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsib Quliyev haqqında məlumat. Nəsib Quliyev nədir? Nəsib Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uşaqlıq yolu

  • Fevral 26, 2026

    Təkəli tayfası

  • Mart 01, 2026

    Rəşad Mahmudov

  • Fevral 27, 2026

    Dnestr

  • Fevral 27, 2026

    Amazon (şirkət)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst