Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muğan — eyniadlı düzlükdə yerləşən tarixi ərazi. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi

Muğan

  • Ana Səhifə
  • Vikipediya
  • Muğan

Muğan — eyniadlı düzlükdə yerləşən tarixi ərazi. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür.

Tarixi Azərbaycan əraziləri
Muğan
Ümumi məlumatlar
Bölgə Azərbaycan
Əsası qoyulub VI əsr
Əhalisi Azərbaycanlılar
Xəritədə yeri
Muğan xəritədə

Mündəricat

Etimologiyası

Muğan və ya Miklər Qafqaz albanlarının xüsusi tayfa qrupunun adıdır. Qədim dövrlərdə mikilər xəzərlərin tayfa ittifaqında iştirak etmişlər, onun tərkibində digər qədim alban tayfaları ilə birlikdə ilk dəfə tarixi səhnəyə çıxmışlar.

Tarixi

Xilafət dövrü

Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib.

Türk-monqol tayfalarının köçü

Hələ monqol istilasından əvvəl türkmənlər Arran və Muğanda "qarışqalar kimi qaynaşırdılar". Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkmən köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.

Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Elxani hökmdarı Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara alman səyyahı Adam Oleari XVII əsrdə rast gəlmişdir. Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.

Bayandurlar tayfasına daxil olan Mosullu oymağının bir hissəsi Muğanda və Qarabağda məskunlaşmışdı. Şahsevənlərin qolu olan Muğanlı tayfası XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur. 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismi Quba xanlığında yerləşdirilmişdir.

Ərazisi

Ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudi Muğaniyyə haqqında belə məlumat verir: "Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda Girdimançay və Göyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir.

Muğan düzü – Azərbaycan SSR-də düzənlik sahədə yerləşir, cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qarışır. Cənub-qərb davamı İran ərazisindədir. Muğan düzünün bir hissəsi okean səviyyəsindən alçaqdadır.

Ədəbiyyat

  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
  • Mustafayev, S. (2018). Outlines of the Mongolian supremacy in Azerbaijan and the South Caucasus. Khazar Journal Of Humanities and Social Sciences, Special Issue. https://doi.org/10.5782/.kjhss.2018.145.168

Həmçinin bax

  • Azərbaycan (tarixi ərazi)
  • Muğan şahlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan haqqında məlumat. Muğan nədir? Muğan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İrşad (qəzet)

  • Fevral 27, 2026

    Lüteranizm

  • Fevral 27, 2026

    Lodi

  • Fevral 27, 2026

    Arif Ərdəbili

  • Fevral 27, 2026

    Uilyam Taft

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst