Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heydər məscidi — Bakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid.

Heydər məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Heydər məscidi

Heydər məscidi — Bakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid.

İslam
Heydər məscidi
Xəritə
Din
Başçısı Hacı Sabir Həsənli
Xeyir-duası 2015 Allahşükür Paşazadə tərəfindən
Statusu Qafqaz Müsəlmanları İdarəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yeri Binəqədi rayonu
Ünvanı 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi
Memarlıq
İnşa tarixi 2012 – 2014
Tikdirəni İlham Əliyev
Memarı Ədalət Məmmədov
Üslubu Şirvan-Abşeron memarlığı
Binası 2 gümbəz və 4 minarə
Minarələrin sayı 4
Minarələrin hündürlüyü 95 m
Tutumu 7000
Ümumi sahəsi 12.000 m²
Vəziyyəti İşlək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır. Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 dekabr 2014-cü il tarixində Heydər məscidinin açılışında iştirak etmişdir.

Heydər məscidi ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olub

Mündəricat

Tarixi

Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir. Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir. Məscidin fasadı Şirvan – Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənilmiş, hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.

Qafqaz Müsəlmanları İdarəsi məscidə sünni təriqəti üzrə imam (Hafiz Abbasov) və şiə təriqəti üzrə axund (Rüfət Qarayev) təyin edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, "Heydər" məscidində dini icma yaradılmayacaq: "Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsini əsas götürülərək idarə olunacaq".

Qalereya

Həmçinin bax

  • Bakıdakı məscidlərin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heydər məscidi haqqında məlumat. Heydər məscidi nədir? Heydər məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qalatasaray Liseyi

  • Fevral 27, 2026

    Valentlik

  • Fevral 27, 2026

    Vüqar Orucov

  • Fevral 27, 2026

    Buludluluq

  • Fevral 27, 2026

    Ağaşirinoba

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst