Arif Ərdəbili (1311–1392) — XIV əsrdə yaşamış Azərbaycan şairi.
| Arif Ərdəbili | |
|---|---|
| Doğum tarixi | 1311 (714–715 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | şair, yazıçı |
Həyatı
Şəmsəddin Məhəmməd Arif Ərdəbili XIV əsrin Azərbaycan şairidir. O, Şirvanşah Keykavus ibn Keyqubadın dəvətilə Şirvana gəlmiş, saray şairi olmuş, "Şirvanşahın oğlunun müəllimi olmuşdur". Onun "Fərhadnamə" poeması (1369) farscadır. Şair bu əsəri Şirvanşaha ithaf etmişdir. "Xosrov və Şirin" mövzusunda olan bu əsər iki hissədən ibarətdir. Əsərdə Şamaxı və Bakı memarlıq abidələrindən də bəhs olunur. Əsərin baş qəhrəmanı Xosrov şah deyil, memar Fərhaddır. Azərbaycan şifahi xalq ədəbiyyatı materialları bu əsərdə mühüm yer tutur. Bu əsərlərdə yaradılmış həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaşdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir.
Yaradıcılığı
Arif Ərdəbilinin yazılarında "Şamaxı Gülüstanında bir qala var" məlumatı çox qiymətlidir.
Həmçinin bax
- Fərhadnamə
- Azərbaycan ədəbiyyatı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Ərdəbili haqqında məlumat. Arif Ərdəbili nədir? Arif Ərdəbili nə deməkdir?