Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Tal (latış. Mihails Tāls‎; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[…], Riqa – 27 iyun 1992 və ya 28 iyun 1992, Moskva) — SSRİ və Latviyalı qrosmeyster

Mixail Tal

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Tal

Mixail Tal (latış. Mihails Tāls‎; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[…], Riqa – 27 iyun 1992 və ya 28 iyun 1992, Moskva) — SSRİ və Latviyalı qrosmeyster, şahmat üzrə səkkizinci dünya çempionu.

Mixail Tal
latış. Mihails Tāls‎
rus. Михаил Нехемьевич Таль
Mixail Tal (1968)
Mixail Tal (1968)
Ölkə SSRİ SSRİ Latviya SSR
Doğum tarixi 9 noyabr 1936
Doğum yeri Riqa, Latviya
Vəfat tarixi 28 iyun 1992 (55 yaşında)
Vəfat yeri Moskva,Rusiya
Təhsili
  • Latviya Universiteti (–1958)
Titulu Qrosmeyster (1957)
Son reytinqi
  • 2.525 (1992)
Dünya çempionluğu 1960-61
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası və dünya çempionluğu

Mixail Tal 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarırdı. Birinci sinfə gəldikdən iki gün sonra onu üçüncü sinfə keçirirlər. 1952-ci ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə, Talı qəbul etmirlər, çünki hələ 16 yaşı tamam olmamışdı.

Uşaq yaşlarında o, musiqiyə, riyaziyyata və futbola daha çox maraq göstərirdi. Bu yaşlarında atası onu şahmatla tanış edir. Bu oyun onda xüsusi maraq oyadır. 17 yaşında şahmat dərnəyinə üzv yazıldı, 18 yaşında isə usta normasını yerinə yetirdi. Gənc ustaya ölkə çempionu və qrosmeyster adını almaq üçün cəmi 3 il vaxt lazım oldu.

1958-ci ildə keçirilən SSRİ çempionatında da birinci olur. 1958-ci ilin avqustunda Yuqoslaviyada keçirilən dünya birinciliyi uğrunda seçmə yarışların mərhələlərindən biri-beynəlxalq turnir keçirilirdi. Tal,Smıslov və Fişer kimi qrosmeysterləri arxada qoyaraq, qalib adına layiq görülür.

İki il sonra 24 yaşlı Riqalı qrosmeyster şahmat tacı uğrunda mübarizədə Botvinniklə görüşürdü. Rəqiblərinin hamısına qalib gələn dünya çempionu bu dəfə gənc qrosmeysterin hücumlarına davam gətirə bilmədi. Bu görüşdə qalib gələn Mixail Tal səkkizinci dünya çempionu oldu.

Bir il sonra Botvinniklə təkrar matçda görüşərkən o, keçmiş dünya çempionunun az bir vaxt ərzində hazırlaşacağını ağlına belə gətirmirdi. Yarış qabağı böyrəklərində dözülməz ağrılar baş qaldıran Tal bir neçə günlüyə Praqaya yola düşür. Praqadan həkimin müşayiəti ilə qayıdarkən şahmat federasiyası matçın vaxtını dəyişməyi təklif edir. Lakin dünya çempionu buna etiraz etdi. Yeni oyun sistemi hazırlayan Botvinnik 13:8 hesabı ilə qələbə qazanır.

Matçda məğlub olması Talın şahmat yaradıcılığına mənfi təsir göstərmir. Artıq 3 aydan sonra o, “əsrin turniri” adlandırılan beynəlxalq Bled turnirində birinci yeri tutur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Tal haqqında məlumat. Mixail Tal nədir? Mixail Tal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Han Çjen

  • Fevral 27, 2026

    Vitr namazı

  • Fevral 27, 2026

    Kitabə

  • Fevral 24, 2026

    Zaur Zeynalov

  • Fevral 27, 2026

    Rinit

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst