Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır.

Rinit

  • Ana Səhifə
  • Vikipediya
  • Rinit

Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur.

Rinit
XBT-10 J30., J31.0
XBT-10-KM J30
XBT-9 472.0, 477
OMIM 607154
DiseasesDB 26380
MedlinePlus 000813
eMedicine ent/194 med/104, ped/2560
MeSH D012220
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Simptomları

Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər.

Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s.

Təsnifatı

Yoluxucu rinit

  • kəskin rinit. Kəskin yoluxucu rinit ən çox uşaq yaşlarında baş verir. 5 yaşa qədər uşaqlar ildə 6-8 dəfə rinitdən əziyyət çəkirlər.
  • xroniki rinit

Qeyri-infeksion — vazomotor rinit

  • neyrovegetativ rinit
  • allergik rinit

Vazomotor rinitə müəyyən qeyri-spesifik stimullar, o cümlədən ətraf mühitdəki dəyişikliklər (temperatur, rütubət, barometrik təzyiq və ya hava), hava ilə ötürülən qıcıqlandırıcılar (qoxular, buxarlar), pəhriz amilləri (ədviyyatlı yemək, spirt), cinsi oyanma, idman, və emosional faktorlar səbəb ola bilər. Müəyyən bir maddənin rinitə səbəb olub olmadığını müəyyən etmək üçün yaxma testindən istifadə edilə bilər.

Etiologiyası

Kəskin rinit — virus və ya bakterial infeksiya burun selikli qişasına məruz qaldıqda baş verir. O, kəskin yoluxucu xəstəlikləri (qrip, qızılca, skarlatina, difteriya, qonoreya) müşayiət edə bilər. Kəskin rinit həm də burun selikli qişasının mexaniki, termal, kimyəvi və ya radiasiya vasitəsi ilə zədələnməsinin nəticəsi ola bilər.

Xroniki rinit — kəskin rinitin və ya mənfi ekoloji amillərə və pis iş şəraitinə uzun müddət məruz qalmanın, həmçinin yerli qan dövranının pozulmasının nəticəsi ola bilər.

Vazomotor rinit — burun selikli qişasının şiddətli reaksiyasına səbəb olan refleks qıcıqlanmalara (soyuq hava, kəskin qoxu) reaksiyanın neyro-refleks mexanizmlərinin pozulması nəticəsində yaranır. Vazomotor rinit qadınlarda kişilərə nisbətən əhəmiyyətli dərəcədə daha çox rast gəlinir, bu da hormon balansının rol oynadığına inanmasına səbəb olur.

Allergik rinit — burun selikli qişasının müxtəlif ekzogen və endogen allergenlərə həssaslığının artması, həmçinin bakterial və viral agentlərə (infeksion-allergik forma) həssaslığın artması ilə əlaqələndirilir.

Patogenezi

Qeyri-allergik rinitdə patoloji dəyişikliklər
Qeyri-allergik rinitin mexanizmi: burun selikli qişasının simpatik və parasimpatik komponentləri arasında balanssızlıq.

Kəskin rinitdə selikli qişanın kataral iltihabı inkişaf edir, toxumaların şişməsi ilə özünü göstərir. Zədə burnun hər iki yarısına qədər uzanır.

Xroniki kataral rinitdə burun boşluğunun ön ucları nahiyəsində selikli qişanın metaplaziyası və proliferasiyası üstünlük təşkil edir. Gələcəkdə birləşdirici toxuma elementlərinin yayılması, qan damarlarının divarlarının hipertrofiyası və prosesdə periosteum və sümüyün iştirakı ilə lümenin genişlənməsi müşahidə edilə bilər.

Vazomotor rinit zamanı pristuplar heç bir səbəb olmadan başlayaya bilər. Pristup zamanı selikli qişa solğun və ya göy rəngdə olur, xüsusən də aşağı burun boşluğu bölgəsində.

Klinik təzahürləri

Kəskin rinit tez-tez asqırma, gözdən yaş gəlmə, ümumi zəifliklə başlayır. Bol seroz-selikli ifrazatlar əmələ gəlir ki, bu da sonradan selikli-irinli xarakter alır. Ümumi vəziyyət çox dəyişmir, temperatur adətən normal və ya bir qədər yüksəlir (37,0-37,5 ° C daxilində). Başda ağırlıq hissi əmələ gəlir, iş qabiliyyəti azalır, burundan nəfəs çətinləşir, bəzən qoxu duyğusu azalır.

Xroniki rinit burun tutulması, qoxu duyğusunun azalması ilə xarakterizə olunur, selikli qişa qalınlaşır, hiperemik, quru və parlaq olur, tənəffüs zəifləyir. Burun keçidlərində irinli, qalın axıntı və quru qabıqlar müəyyən edilir.

Vazomotor rinit zamanı pristuplar heç bir səbəb olmadan başlaya bilər. Səhər saatlarında burun tutulması, tez-tez asqırma, burundan bol sulu-selikli axıntı və s. Pristup zamanı selikli qişa solğun və ya göy rəngdə olur, xüsusən də aşağı burun boşluğu nahəsində.

Allergik rinit burun selikli qişasının hiperplaziyası ilə xarakterizə olunur. Simptomları allergenin növündən asılıdır. Allergik rinitin mövsümi zamanı xəstələr burun tutulması, burunda qaşınma və bol axıntıdan şikayət edirlər. Konyunktiva və skleranın şiddətli qaşınması, qızartı və şişməsi ilə özünü göstərən göz simptomlarının görünüşü, ağır hallarda - gözləri ovuşdurmaqla artırıla bilən periorbital şiş də mümkündür.

Rinitin digər təzahürləri bunlardır: qoxu pozuntusu, səs tembrinin dəyişilməsi, xoruldama.

Həmçinin bax

  • Zökəm
  • Virus xəstəlikləri

Ədəbiyyatı

  • Самура Б. А., Черных В. Ф., Лепахин В. К. и др. Фармакотерапия с фармакокинетикой: Учебное пособие для студентов высш. учеб. заведений // Под ред. Б. А. Самуры. — Харьков: Изд-во НФаУ: Золотые страницы, 2006. — 472 с.
  • Самура Б. А., Малая Л. Т., Черных В. Ф. и др. Лекции по фармакотерапии // Под ред. Б. А. Самуры. — Харьков: Изд-во НФаУ: Золотые страницы, 2004. — 544 с.
  • Огородников Д. С., Пальчун В. Т. Насморк: Как его одолеть // Мама и малыш. № 5. 2004.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rinit haqqında məlumat. Rinit nədir? Rinit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vidar

  • Fevral 27, 2026

    123 (ədəd)

  • Fevral 27, 2026

    Tir şəhəri

  • Fevral 25, 2026

    Elamlar

  • Fevral 27, 2026

    Kaşan şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst