Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasili Smıslov (rus. Васи́лий Васи́льевич Смысло́в; 24 mart 1921[…], Moskva – 27 mart 2010[…], Moskva) — SSRİ və Rusiya şahmatçısı, beynəlxalq qrosmeyster və 19

Vasili Smıslov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasili Smıslov

Vasili Smıslov (rus. Васи́лий Васи́льевич Смысло́в; 24 mart 1921[…], Moskva – 27 mart 2010[…], Moskva) — SSRİ və Rusiya şahmatçısı, beynəlxalq qrosmeyster və 1957-ci ildən 1958-ci ilə qədər şahmat üzrə dünya çempionu.

Vasili Smıslov
rus. Васи́лий Васи́льевич Смысло́в
Ölkə
  •  Rusiya
  •  SSRİ
Doğum tarixi 24 mart 1921(1921-03-24)[…]
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], Sovet Rusiyası[d]
Vəfat tarixi 27 mart 2010(2010-03-27)[…] (89 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.494 (2010)
Dünya çempionluğu 1957–58
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və dünya çempionluğu

Vasili Smıslov 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. İlk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir. Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında mühüm rol oynamışdır. O, uşaq yaşlarından Pol Morfinin , Adolf Andersenin, Vilhelm Steynitsin görüşlərini öyrənmişdir. Alyoxinin Mənim ən yaxşı görüşlərim və Kapablankanın şahmat oyunun əsasları kitabları üzərində saatlarla oturardı.

1935-ci ildən Smıslov turnirlərdə çıxış etməyə başlayır. Tezliklə oyun tərzi ilə o, yaşıdları arasında fərqlənir. Üç ildən sonra Smıslov gənclər arasında Ümumittifaq turnirlərdə qalib gəlir. Həmin il Moskva şəhərinin çempionatında 1–2-ci yerləri bölüşdürərək, usta normasını yerinə yetirir. 1941-ci ildə SSRİ-nin XII birinciliyində 3-cü yeri tutaraq qrosmeyster adına layiq görülür.

Həmin turnirdə Smıslov ilk dəfə olaraq Botvinniklə görüşür. Gərgin keçən görüş heç-heçə başa çatır. 1946-cı ildə Qroningendə keçirilən beynəlxalq turnirdə iştirak etməsi onun üçün böyük əhəmiyyətə malik oldu. Bu turnirdə Botvinnik və Eyvedən sonra üçüncü yeri tutması ona şahmat tacı uğrunda mübarizədə çıxış etməyə imkan verdi.

1950-ci illər şahmat tarixinə Smıslovla Botvinnikin tac uğrunda mübarizə illəri kimi daxil olmuşdur. 1953-cü ildə o, iddiaçıların turnirində qalib gələrək Botvinniklə oynamaq hüququ qazanır. Gərgin keçən bu görüş heç-heçə ilə nəticələnir-12:12. FİDE-nin qərarına əsasən Botvinnik dünya çempionluğu adını özündə saxlayır.

Smıslov dörd il sonra yenə iddiaçların növbəti turnirində qalib gələrək, Botvinniklə görüşür. Bu cəhd uğurla nəticələnir. Smıslov qalib gələrək dünya çempionu adına layiq görülür. 1958-ci ildə təkrar matçda heç kim Smıslovun məğlub olacağına inanmırdı, lakin Botvinnik daha yaxşı oynayaraq, çempion adını yenidən özünə qaytarır.

Smıslovun əsas məşğuliyyəti opera müğənniliyi olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Smıslov haqqında məlumat. Vasili Smıslov nədir? Vasili Smıslov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    PİD tənzimləyici

  • Fevral 27, 2026

    Tiberiya

  • Fevral 25, 2026

    Tovuz rayonu

  • Fevral 27, 2026

    Əşrəf Həsənov

  • Fevral 27, 2026

    Kasta sistemi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst