Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö.  5 may 1995) — SSRİ və Rusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz d

Mixail Botvinnik

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Botvinnik

Mixail Botvinnik (rus. Михаи́л Моисе́евич Ботви́нник; d. 17 avqust 1911 — ö.  5 may 1995) — SSRİ və Rusiya beynəlxalq qrosmeysteri, üç dəfə dünya çempionu, öz dövrünün ən güclü şahmatçılarından biri hesab olunurdu. O, həmçinin kompüter şahmatının təşəbbüsçüsü idi.

Mixail Botvinnik
rus. Михаи́л Моисе́евич Ботви́нник
Mixail Botvinnik (1966)
Mixail Botvinnik (1966)
Ölkə SSRİ SSRİ
Doğum tarixi 17 avqust 1911
Doğum yeri Kuokkala, SSRİ
Vəfat tarixi 5 may 1995 (83 yaşında)
Vəfat yeri Moskva,Rusiya
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Təhsili
  • Sankt-Peterburq Politexnik Universiteti
Titulu Qrosmeyster
Dünya çempionluğu 1948-1957
1958-1960
1961-1963
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mixail Botvinnik 1911-ci il avqustun 17-də Kuokkalada anadan olmuşdur. Şahmatla 12 yaşından məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrosmeysterlərindən fərqli olaraq, onun şahmat müəllimi olmamışdır. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edərdi.

Botvinnik (1927)

14 yaşında o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək, əla nəticəyə nail olmuşdur 12 mümkün xaldan 11,5 xal toplamışdır. 16 yaşı tamam olanda ölkənin beşinci çempionatında usta normasını ödəmişdir. Botvinnik 1931-ci ildə 20 yaşında ikən ilk dəfə olaraq ölkə çempionu adını qazanır.

Botvinnikin şahmatda növbəti vəzifəsi beynəlxalq aləmdə şöhrət qazanmaq, mühəndislik fəaliyyətində isə elmlər namizədi diplomunu almaq idi. 1935-ci ildə II Moskva beynəlxalq turnirində Laskeri və Kapablankanı geridə qoyaraq, Florla birlikdə 1–2-ci yerləri bölüşdürdü. Bir il sonra isə beynəlxalq Nottingem turnirində Alyoxini,Eyveni, Laskeri ötərək, Kapablanka ilə 1–2-ci yerləri bölüşdürdü.

Dünya çempionluğu

1947-ci ildə FİDE beş qrosmeysterin arasında çempion adını qazanmaq üçün turnir təşkil etdi. Bir ildən sonra keçirilən matç Botvinnikin qələbəsi ilə nəticələndi. Beləliklə Botvinnikin 15 illik "şahlığı" başlanır. Düzdür, bu müddət ərzində o iki dəfə—1957-ci ildə Vasili Smıslova və 1960-cı ildə Mixail Tala öz tacını uduzmuşdur, lakin hər dəfə bir il sonra keçirilən təkrar matçda çempion adını yenidən özünə qaytarmışdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Botvinnik haqqında məlumat. Mixail Botvinnik nədir? Mixail Botvinnik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Appenin yarımadası

  • Fevral 15, 2026

    Paytaxt

  • Fevral 21, 2026

    Günəş enerjisi

  • Fevral 23, 2026

    Nyu-Orlean

  • Fevral 23, 2026

    UTC±00

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst