Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, Azərbaycan Sovet

Mehdi Hüseyn

  • Ana Səhifə
  • Vikipediya
  • Mehdi Hüseyn

Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1958–1965), Azərbaycan SSR xalq yazıçısı (1964), "Stalin" mükafatı laureatı (1950).

Mehdi Hüseyn
Azərbaycan Yazıçılar İttifaqının sədri
20 yanvar 1958 – 10 mart 1965
ƏvvəlkiSüleyman Rəhimov
SonrakıMirzə İbrahimov
Şəxsi məlumatlar
Doğum adı Mehdi Əli oğlu Hüseynov
Doğum tarixi 4 (17) aprel 1909(1909-04-17)
Doğum yeri
  • İkinci Şıxlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 10 mart 1965(1965-03-10) (55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Qazax Müəllimlər Seminariyası
Fəaliyyəti yazıçı, dramaturq, ictimai xadim, tənqidçi, nasir, dramaturq, hekayə yazıçısı[d]
Atası Əli Hüseynov[d]
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
3-cü dərəcəli "Stalin" mükafatı — 1950 Azərbaycan SSR xalq yazıçısı — 1964

Mündəricat

Həyatı

Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirmişdir. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Həmçinin xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilmişdir Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk irihəcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazmışdır. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilmişdir. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov" (1961), "İntizar" (1944, İ. Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

İrsi

Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

Əsərləri

  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri "Yeraltı çaylar dənizə axır" romanı
  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – "Abşeron" romanı
  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri

Filmoqrafiya

  • Şair (film, 1935)
  • Fətəli xan (film, 1947) (Ənvər Məmmədxanlı ilə birgə)
  • Qara daşlar (film, 1956)
  • Səhər (film, 1960)
  • Mənim dostum (film, 1963)
  • Mehdi Hüseyn (film, 1969)
  • Vulkana doğru (film, 1977)
  • Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
  • Bizim qəribə taleyimiz (film, 2005)
  • Üç zirvənin fatehi (film, 2008)

Həmçinin bax

Mehdi Hüseyn (film, 1969)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehdi Hüseyn haqqında məlumat. Mehdi Hüseyn nədir? Mehdi Hüseyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ədədlər nəzəriyyəsi

  • Fevral 27, 2026

    Ərdəbil şəhristanı

  • Fevral 27, 2026

    Yaddaş (psixologiya)

  • Fevral 27, 2026

    Blizzard Entertainment

  • Fevral 27, 2026

    Elektrod

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst