Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16

  • Ana Səhifə
  • Vikipediya
  • M16

M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16
avtomat rejimli döyüş silahı
avtomat rejimli döyüş silahı
Tipi Avtomat
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismar illəri 1961-Davam edir
İstismara başlanması 1962
İstifadə edilən döyüşlər Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə
İstehsal tarixçəsi
Konstruktor Yucin Strouner,
Robert Fremont
Ceyms Sallivan
Yaranma tarixi 1960
İstehsalçı Colt’s Patent Firearms Manufacturing Company
GMC Hidramatic Div
Harrington & Richardson
Variantları M16A1, M16A2, M16A3/A4, M4, CAR-15
Xüsusiyyətləri
Ağırlığı 2,88 kq (boş sandıqla)
Uzunluğu 986 mm (taxta qundaqla)
Kalibr 5,56
Mərminin başlanğıc sürəti 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4)
Nişangah Dioptrik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.

Mündəricat

İstehsal tarixi

ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.

1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

İlk istifadəsi

M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

Variantlar

  • M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
  • M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
  • M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
  • M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
  • M16A4 — M16A2-nin variantı.
  • M4 — M16A2-nin qısaldılmış variantı.
  • M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.

Xarici varinatlar

  • Diemaco C7/C8 — M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
  • Daewoo K1/Daewoo K2 — M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
  • CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı. İran və Çinə satış üçün nəzərdə tutulmuşdur.
  • HK 416 — M4-ün Alman varinatı.
  • Khaybar KH 2002 — M16-nın İran variantı.
  • Type 65 və Type 86/91 — M16 və M4-ün Tayvan variantı.

İstifadə edən ölkələr

Dünya xəritəsində M16 istifadə edən ölkələr
  • Əfqanıstan Əfqanıstan
  • Argentina Argentina
  • Azərbaycan Azərbaycan
  • Baham adaları
  • Banqladeş
  • Bəhreyn Bəhreyn
  • Barbados
  • Beliz Beliz
  • Boliviya Boliviya
  • Braziliya Braziliya (M16A2)
  • Botsvana Botsvana
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina
  • Bruney
  • Kamboca
  • Kamerun
  • Çili Çili
  • Kolumbiya Kolumbiya
  • Kosta-Rika Kosta-Rika
  • Danimarka Danimarka
  • Dominikan Respublikası Dominikan Respublikası
  • Misir Misir
  • Estoniya Estoniya
  • Salvador Salvador
  • Fici
  • Fransa Fransa (Xüsusi təyinatlılar)
  • Gürcüstan Gürcüstan
  • Qana Qana
  • Yunanıstan Yunanıstan
  • Qrenada
  • Haiti
  • Honduras
  • Macarıstan Macarıstan
  • Hindistan Hindistan (Xüsusi təyinatlılar)
  • İndoneziya İndoneziya
  • İsrail İsrail
  • İtaliya İtaliya (Xüsusi təyinatlılar)
  • Yaponiya Yaponiya
  • İordaniya İordaniya
  • Yamayka Yamayka
  • Küveyt Küveyt
  • Latviya Latviya
  • Livan Livan (M16A1)
  • Lesoto Lesoto
  • Liberiya Liberiya
  • Lixtenşteyn Lixtenşteyn
  • Litva Litva (M16A1)
  • Maldiv adaları Maldiv adaları
  • Malayziya
  • Meksika Meksika
  • Mərakeş Mərakeş
  • Monako Monako
  • Nepal
  • Yeni Zelandiya Yeni Zelandiya
  • Laos Laos
  • Nigeriya Nigeriya
  • Oman Oman
  • Pakistan Pakistan
  • Panama Panama
  • Filippin
  • Portuqaliya Portuqaliya
  • Qətər Qətər
  • Səudiyyə Ərəbistanı
  • Sinqapur Sinqapur (M16S1)
  • Cənubi Koreya Cənubi Koreya
  • Şri-Lanka
  • Çin Xalq Respublikası
  • Tailand Tailand
  • Şərqi Timor Şərqi Timor
  • Türkiyə Türkiyə (Xüsusi təyinatlılar, polis)
  • Birləşmiş Ərəb Əmirlikləri
  •  Böyük Britaniya (Xüsusi təyinatlılar)
  • Uruqvay Uruqvay
  • ABŞ ABŞ
  • Vyetnam Vyetnam
  • Venesuela Venesuela
  • Yəmən Yəmən
  • Zair

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, m16 sözünün mənası, m16 haqqında məlumat. m16 nədir? m16 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Kazım Ələkbərov

  • Fevral 27, 2026

    Ağbulaq (Şahbuz)

  • Mart 01, 2026

    Kuban kazakları

  • Fevral 24, 2026

    Bebras müsabiqəsi

  • Fevral 27, 2026

    Merida (İspaniya)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst