Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm d

AK-47

  • Ana Səhifə
  • Vikipediya
  • AK-47

Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibarlığı və sadə qulluq olunması ilə fərqlənir.

AK-47
avtomat rejimli döyüş silahı
avtomat rejimli döyüş silahı
Tipi Avtomat
Ölkə
  •  SSRİ
İstismar tarixçəsi
İstismar illəri 1949-Davam edir
İstismara başlanması 1949
İstismar edənlər Keçmiş Varşava Paktı dövlətləri və bir sıra digər dövlətlər
İstifadə edilən döyüşlər
  • Laos vətəndaş müharibəsi,
  • Kambocada vətəndaş müharibəsi,
  • Çin-Vyetnam müharibəsi,
  • İran–İraq müharibəsi,
  • Körfəz müharibəsi,
  • Xorvatiya müharibəsi,
  • Bosniya müharibəsi,
  • İraq müharibəsi,
  • Suriyada vətəndaş müharibəsi,
  • Yuqoslaviya müharibələri,
  • Macar inqilabı
İstehsal tarixçəsi
Konstruktor Mixail Kalaşnikov
Yaranma tarixi 1944-1946
İstehsalçı İjmaş
Variantları AKM, AK-74, AK-74M, AKS-74U, AK-105
Xüsusiyyətləri
Ağırlığı 4,3 kg (boş maqazinlə)
Məsafə 100-800 m, nişangahın nizamlamasına bağlı olaraq
Uzunluğu 870 mm (taxta qundaqla)
Lülənin uzunluğu 415 mm
Kalibr 7,62
Mərminin başlanğıc sürəti 600 atəş/dəqiqə
Effektiv məsafə 100-800 m, nişangahın nizamlamasına bağlı olaraq
Nişangah Nizamlanabilən adi nişangah, nişangah radiusu- 378 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi haqqında

1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlanır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzimə malik, karabin daraqlı, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi.

Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə o öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür.

AK-46

Kalaşnikov avtomatının ilk prototipi AK-46 1946-cı ildə nümayiş etdirilsə də, o orduya qəbul edilmir. İlk nümunələrə AK-1 və AK-2 adı verilir. 1946-cı ildə bu avtomatlar sınaq zamanı yaxşı nəticə göstərirlər. Xarici görünüşünə görə AK-46 avtomatı alman avtomatı olan StG 44 dən fərqlənmirdi. Sonralar işlənmiş AK-47 avtomatı da alman avtomatı StG 44-də heç də çox fərqlənməmişdir. Sınaqdan sonra avtomat yenidən təkmilləşdirməyə göndərilir.

Alman hücum silahı StG 44 1943/44.

Kalaşnikov avtomatı və alman avtomatı StG 44 arasındakı oxşarlıq uzun müddət SSRİ və xarici ölkələr arasında olan mübahisəyə səbəb olmuşdur. Almanlar bunun StG 44-ün surəti olduğunu təkid etsələr də, ruslar bu fikri təkzib edirdilər. Əslində Kalaşnikov avtomatının hazırlanmasının əsasında məhz StG 44 silahının konstruksiyası durur və bunu adi gözlə də görmək olur.

İkinci Dünya müharibəsi bitdikdən sonra "StG 44" avtomatının istehsalı ilə məşğul olan Henel firmasının yerləşdiyi ərazi rusların nəzarətinə keçir. 1945-ci ildə Henel firması mülki malların istehsalı ilə məşğul olmasına baxmayaraq, onlar SSRİ-nin sifarişi əsasında 50 ədəd StG 44 avtomatını yığıb SSRİ-yə göndərirlər. Eyni zamanda 10785 vərəqdən ibarət hazırlama cizgisi də SSRİ-nin əlinə keçir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, AK-47 haqqında məlumat. AK-47 nədir? AK-47 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Porajmos

  • Fevral 27, 2026

    Vegetasiya

  • Fevral 27, 2026

    Abbasabad qalası

  • Fevral 27, 2026

    Vissarion Belinski

  • Fevral 27, 2026

    Urdu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst