Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neç

Monako

  • Ana Səhifə
  • Vikipediya
  • Monako

Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir.

Monako Knyazlığı
fr. Principauté de Monaco
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Deo Juvante
Himn: 

Hymne monégasque
(azərb. "Monako Himni"‎)

Rəsmi dili Fransız
Etnik qrupları fransızlar -45% ,italiyalılar -20% ,moneqasklar -16 %
Dini Katolik
Paytaxt Monako-Vill
Ən böyük şəhəri Monako-Vill, Monte Karlo, La Konadamin, Fovyey
İdarəetmə forması Dualistik, konstitusiyalı monarxiya
Knyaz II Albert (IV.2005~)
Dövlət naziri Kristof MIRMAND (VII.2025~)
Sahəsi Dünyada 194-cü
 • Ümumi 2.02 km² km²
Əhalisi
 • Əhali (2019) 38,300 nəfər (190-cı)
 • Siyahıyaalma (2016) 37,308 nəf.
 • Sıxlıq 18,713 nəf./km² (1-ci)
ÜDM (AQP)
 • Ümumi (2015) ▲ $7.672 milyard (2015 təx.) dollar  (168-ci)
 • Adambaşına ▲ $115,700 dollar  (3-cü)
ÜDM (nominal)
 • Ümumi (2019) ▲ $7.424 milyard dollar  (159-cu)
 • Adambaşına ▲ $190,513 dollar
Valyuta Avro (EUR)
İnternet domeni .mc
ISO kodu MC
Telefon kodu +377
Saat qurşaqları +1
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır.

1911-ci il konstitusiyasına görə

  1. Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
  2. Monte-Karlonun 20 hotelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako Knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətraflarında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitkilər bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
  3. Monte-Karlo incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.
  4. Monte-Karlonun Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Sarayın qabaq hissəsini tutan, XVI (16-cı) əsr Genuya rəssamlarının əsərlərindən ibarət italyan qalereyası, Lüdovik XV (15-ci) qonaq otağı öz gözəlliyi ilə seçilir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.
  5. Monte-Karloda idman: Monte-Karlo burada keçirilən idman hadisələri ilə də tanınmışdır: məşhur Formula 1 Qran-Pri yarışları, tennis üzrə bütün dünyada məşhur "Open" turniri, at yarışları, yaxta yarışları, müxtəlif yarışlar və çempionatlar. Aktiv istirahət həvəskarları su xizəyi və motosikl, yelkən qayıqları və vindserfinq ilə də məşğul ola bilərlər. Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1.890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.
Monakonun seçki substansiyaları

Maraqlı faktlar

  • Monako dünyanın ən sıx ölkəsidir. Hər 1km2 15 500 nəfər düşür.
  • 2010-cu ilin sentyabrında Monte Karlodan yola düşən günəş enerjisi ilə çalışan ilk gəmi yer üzünü 587 günə dövr edib. 28 ölkə, 3 okean, 11 dəniz qət edən bu gəmi dünyada günəş enerjisi ilə çalışan ən böyük gəmidir. Gəminin adı MS Turanor PlanetSolar-dır.
  • Monte Karlonun orkestrinin üzvlərinin sayı ordusundakı əsgərlərin sayından çoxdur.

Qeydlər

  1. For further information, see languages of Monaco.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Monako haqqında məlumat. Monako nədir? Monako nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mayns kürfürstlüyü

  • Fevral 20, 2026

    Ontario

  • Fevral 23, 2026

    11 oktyabr

  • Fevral 23, 2026

    İzmir

  • Fevral 23, 2026

    Noyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst