Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.

Pörl-Harbora hücumdan sonra müharibəyə qoşulmuş müttəfiqlər
Berlin-Roma-Tokio oxu
Neytral qüvvələr
Tarixi
Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) anti-Hitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində anti-Hitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra anti-Hitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində anti-Hitler koalisiyasının fəaliyyəti dayandırıldı.
Üzvlər
Polşanın işğalından sonra
Polşa - 1 sentyabr 1939
Avstraliya - 3 sentyabr 1939
Böyük Britaniya - 3 sentyabr 1939
Britaniya Hindistanı: 3 sentyabr 1939
Fransa - 3 sentyabr 1939
Yeni Zelandiya - 3 sentyabr 1939
Nepal - 4 sentyabr 1939
CAR - 6 sentyabr 1939
Kanada - 10 senytabr 1939
Danimarka - aprel 1940
Qəribə müharibədən sonra
Norveç - 9 aprel 1940
Belçika - 10 may 1940
Lüksemburq - 10 may 1940
Niderland - 10 may 1940
Yunanıstan - 28 oktyabr 1940
Yuqoslaviya - 6 aprel 1941
Barbarossa əməliyyatından sonra
SSRİ - 22 iyun 1941
USR - 22 iyun 1941
BSR - 22 iyun 1941
Pyörl-Harbora hücumundan sonra
ABŞ - 7 dekabr 1941
Filippin - 8 dekabr 1941
Panama - 7 dekabr 1941
Kosta-Rika - 8 dekabr 1941
Dominikan Respublikası - 8 dekabr 1941
Salvador - 8 dekabr 1941
Haiti - 8 dekabr 1941
Honduras - 8 dekabr 1941
Nikaraqua - 8 dekabr 1941
ÇXR - 9 dekabr 1941
Qvatemala - 9 dekabr 1941
Kuba - 9 dekabr 1941
Birləşmiş Millətlərin deklarasiyasından sonra
Meksika - 22 may 1942
Braziliya - 22 avqust 1942
Efiopiya - 14 dekabr 1942
Boliviya - 7 aprel 1943
Kolumbiya - 26 iyul 1943
İran - 9 sentyabr 1943
Liberiya - 27 yanvar 1944
Peru - 12 fevral 1944
Normandiya əməliyyatından sonra
Rumıniya - 23 avqust 1944
Bolqarıstan - 8 sentyabr 1944
Tailand - 1944
San-Marino - 21 sentyabr 1944
Macarıstan - 20 yanvar 1945
Ekvador - 2 fevral 1945
Paraqvay - 7 fevral 1945
Uruqvay - 15 fevral 1945
Venesuela - 15 fevral 1945
Türkiyə - 23 fevral 1945
Misir - 24 fevral 1945
Livan - 24 fevral 1945
Suriya - 27 fevral 1945
Səudiyyə Ərəbistanı - 1 mart 1945
Argentina - 3 mart 1945
Finlandiya - 27 mart 1945
Çili - 11 aprel 1945
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müttəfiq dövlətlər haqqında məlumat. Müttəfiq dövlətlər nədir? Müttəfiq dövlətlər nə deməkdir?