Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çör

Tehran konfransı

  • Ana Səhifə
  • Vikipediya
  • Tehran konfransı

Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın, iştirakı ilə keçirilmiş konfrans.

Tehran konfransı
ing. Tehran Conference
Keçirilmə tarixi 28 noyabr - 1 dekabr 1943-cü il
Keçirildiyi yer İran SSRİ səfirliyi, Tehran, İran
İştirakçılar Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları İttifaqı
Müzakirə edilən məsələlər Üçüncü Reyxə və onun müttəfiqlərinə qarşı mübarizənin yekun strategiyası
Ardıcıllıq
← Qahirə konfransı
Yalta konfransı →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.

Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.

Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çörçill bu təklifi bəyəndi.

Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi.

Konfransın gedişində, 1 dekabrda Ruzveltlə söhbətində Stalin müharibədən sonrakı dövrdə beynəlxalq mühasibətləri tənzimləmək üçün bir beynəlxalq təşkilatın yaranmasını təklif etdi, lakin bu konfransda hər hansı bir beynəlxalq təşkilatın yaradılması barədə qərara qəbul edilmədi.

Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.

Mündəricat

Ədəbiyyat

  • Ehrman, John. Grand Strategy Volume V, August 1943 – September 1944. London: HMSO (British official history). 1956. 173–183.
  • Leighton, Richard M. // Kent Roberts Greenfield (redaktor). Command Decisions. en:United States Army Center of Military History. 2000 [1960]. CMH Pub 70-7. 30 dekabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2010.
  • The Ministry of Foreign Affairs Iran, redaktorThe Tehran Conference: The Three-Power Declaration Concerning Iran December 1943. epubli.de, Berlin. 2021 [1943]. CMH Pub 70-7.
  • Best, Geoffrey. Churchill: A Study in Greatness. London: Hambledon and London, 2001.
  • Feis, Herbert. Churchill-Roosevelt-Stalin (Princeton U.P. 1967), pp. 191–279
  • Foster, Rhea Dulles. "The Road to Tehran: The Story of Russia and America, 1781 – 1943." — Princeton, New Jersey: Princeton University Press, 1944. — 279 p.
  • Hamzavi, A. H. "Iran and the Tehran Conference," International Affairs (1944) 20#2 pp. 192–203 in JSTOR
  • McNeill, Robert. America, Britain, & Russia: their cooperation and conflict, 1941–1946 (1953) 348-68
  • Mastny, Vojtech. "Soviet War Aims at the Moscow and Tehran Conferences of 1943," Journal of Modern History (1975) 47#3 pp. 481–504 in JSTOR
  • Mayle, Paul D. Eureka Summit: Agreement in Principle & the Big Three at Tehran, 1943 (1987, U of Delaware Press) 210p.
  • Тегеранская конференция руководителей трех союзных держав - СССР, США и Великобритании / Громыко А.. — М.: Издательство политической литературы, 1974. — Т. 2. — 175 с. — (Советский Союз на международных конференциях периода Великой Отечественной войны 1941-1945 гг.).
  • Бережков В. Тегеран 1943. — М.: Издательство Агентства печати Новости, 1968.

Qeydlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tehran konfransı haqqında məlumat. Tehran konfransı nədir? Tehran konfransı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Klark Abel

  • Fevral 20, 2026

    Şimali İrlandiya

  • Fevral 24, 2026

    İxtiologiya

  • Fevral 15, 2026

    Dünya dilləri

  • Fevral 24, 2026

    Pifaqor

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst