Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli

Koronavirus pandemiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Koronavirus pandemiyası

Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

COVID-19 koronavirus pandemiyası
Yoluxma halı təsdiqlənmiş ölkələrin xəritəsi

 10,000+ yoluxma halı  1,000–9,999 yoluxma halı  100–999 yoluxma halı  10–99 yoluxma halı  1-9 yoluxma halı

 Yoluxma halı təsdiqlənməyib
Adambaşına görə yoluxma halı təsdiqlənmiş ölkələrin xəritəsi

 >1 yoluxma halı (hər 10,000 nəfərə görə)  1–10 yoluxma halı (hər 100,000 nəfərə görə)  1–10 yoluxma halı (hər 1 milyon nəfərə görə)  1–10 yoluxma halı (hər 10 milyon nəfərə görə)  1–10 yoluxma halı (hər 100 milyon nəfərə görə)

 Yoluxma halı təsdiqlənməyib
Xəstəlik COVID-19
Səbəbi Koronavirus xəstəliyi 2019
Yer Qlobal; hazırkı episentri: ABŞ
İlk qarşılaşma Uhan, Hubey, Çin
30°37′11″ şm. e. 114°15′28″ ş. u.HGYO
Tarix 1 dekabr 2019–indiyə kimi
(6 il, 2 ay, 3 həftə)
Statistika
Yoluxma sayı 44,252,677
Aktiv hallar 10,633,693
Ölüm sayı 1,171,479
Sağalanların sayı 32,447,505
Ərazi 192
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur.

22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb.

Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. 26 yanvar 2022-ci il tarixinə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 358,549,410 nəfərə çatıb. Bunların 300 milyon nəfəri sağalıb, 5,615,597 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mündəricat

Xronologiya

2019-nCoV koronavirusunun yayılması 12 yanvar — 29 fevral tarixləri arasında.

Araşdırılması

Rəsmi olaraq, SARS-CoV-2 adlandırılan Covid-19-a səbəb olan virus təzə olduğundan onun haqqında hər hansı etibarlı məlumat yoxdur. Covid-19-a yoluxma hallarının baş verdiyi dünyanın 500 bölgəsində hava şəraitini müqayisə edən dərc olunmamış bir analiz virusun yayılma sürətinin temperatur, külək sürəti və nisbi rütubət ilə əlaqəli olmasını ehtimal etməyə əsas verir. Covid-19-un mövsümi xarakter daşıma ehtimalına işarə edən bəzi məlumatlar da var. Yeni xəstəliyin dünyada yayılmasından görünür ki, virus soyuq və quru hava şəraitinə üstünlük verir. Digər bir dərc olunmamış tədqiqat işində də yüksək temperaturlu iqlimlə Covid-19 hallarının aşağı düşməsi arasında bir əlaqəyə diqqət yetirilib, amma bu da qeyd olunub ki, təkcə yüksək hava temperaturu xəstəliyin qlobal miqyasda dəyişgənliyinə həlledici təsir göstərə bilməz. Tədqiqatçılara görə, Covid-19 üçün ən az uyğun gələn iqlim şəraiti dünyanın tropik bölgələrində ola bilər.

Bu pandemiya bir çox hallarda daha adi sayıla bilən virusların mövsümi yayılma qaydalarına uyğun yayılmır. Məsələn, qripə yoluxma hallarının əksəriyyəti qış dövründə baş versə də, ispan qripi yay aylarında ən yüksək həddə çatır. Koronaviruslar "zərfləşmiş viruslar " ailəsinə aiddir. Onlar qoşa lipid örtüyündən ibarət olan yağlı bir membrana bükülmüş haldadır və həmin membrana tacabənzər zülallar taxılmış vəziyyətdədir. Latınca tac "corona" olduğundan, bu növ viruslara koronavirus adı verilib. Digər zərfli viruslar üzərində aparılan tədqiqatlar göstərib ki, bu cür yağlı örtüyə malik viruslar belə örtüyü olmayanlarla müqayisədə istiyə daha çox həssasdır. Soyuqda həmin yağlı örtük rezinə bənzər bir hala gəlir, bişmiş ətin yağı kimi, soyuduqca daha çox bərkiyir və beləliklə, virusun bədən xaricində daha uzun müddət qalmasına imkan verir. Zərərli virusların əksəriyyəti bunun nəticəsində güclü mövsümi asılılığa malikdir. Tədqiqatlar artıq göstərib ki, Sars-Cov-2 virusu 21–23 °C temperatur dərəcələrində və 40% nisbi rütubətdə plastik və polad kimi sərt səthlərdə 72 saata qədər qala bilər.

Lakin tropik bölgələrdə də xeyli sayda yoluxma halları olub. Bu yaxınlarda Harvard Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aparılmış virusun Asiyada yayılmasının təhlili göstərib ki, bu pandemik koronavirusun hava şəraitindən asılılığı bir çoxlarının ümid etdiyindən daha az olacaq. Onlar Çinin müxtəlif iqlim zonalarına aid bölgələrində koronavirusun yayılma sürətini təhlil edərək belə qənaətə gəliblər ki, yaz və yayda temperatur və rütubətin artması bu infeksiyaya yoluxma hallarının azalmasına gətirib çıxarmayacaq. Onlar xəstəliyin nəzarətdən çıxmaması üçün ictimai səhiyyənin işə qarışmasının vacib olduğunu vurğulayırlar.

Alimlərin gəldiyi qənaətə görə 4 dərəcə radələrindəki hərarətdə koronavirus sabit vəziyyətdə qalaraq dezinfeksiya aparılmadığı halda 14 gündən sonra fəallığı azalmağa başlayır. Halbuki 70 dərəcədən artıq hərarətdə 5 dəqiqə ərzində fəalsızlaşır. Kağız üzərində üç saatdan sonra aşkarlanan koronavirus paltar və emal olunmuş taxta üzərində iki günədək, şüşə üzərində 4 günədək, plastik üzərində də 7 günədək qalır. Həmçinin tibbi maskaların üz tərəfində də koronavirusun 7 günədək qalmaq iqtidarında olduğu, ona görə də maskaların ciddi dezinfeksiyasının vacib olduğu vurğulanır.

+
[Bütünlüklə]
  • b
  • m
  • r
Ölkələr və ərazilər üzrə COVID-19 koronavirus pandemiyası
Ölkə və ərazi Yoluxanlar Ölümlər Sağal. İst.
192 30.800.771 957.348 21.059.531
ABŞ ABŞ 43.910.849 706.114 –
Hindistan Hindistan
Braziliya Braziliya 21.427.073 596.749 20.425.139
Rusiya Rusiya 7.560.767 209.028 6.710.574
Böyük Britaniya Böyük Britaniya 7.871.014 136.910 –
Peru Peru 2.176.321 199.395 2.152.700
Kolumbiya Kolumbiya 4.957.277 126.299 4.799.576
Meksika Meksika 3.671.611 277.978 3.021.123
İspaniya İspaniya 4.961.128 86.463 –
Cənubi Afrika Respublikası Cənubi Afrika 2.904.307 87.705 2.776.990
Argentina Argentina 5.258.399 115.225 5.119.886
Fransa Fransa 7.008.228 116.657 –
Çili Çili 1.654.264 37.468 1.609.512
İran İran 5.611.700 120.880 5.075.482
Banqladeş Banqladeş 1.557.347 27.555 1.517.642
Səudiyyə Ərəbistanı Səudiyə Ərəbistanı 547.221 8.722 536.281
İraq İraq 2.003.303 22.260 1.910.908
Pakistan Pakistan 1.246.538 27.785 1.170.590
Türkiyə Türkiyə 7.182.943 64.264 6.642.132
İtaliya İtaliya 4.675.758 130.973 4.451.133
Filippin Filippin 2.549.966 38.294 2.373.378
Almaniya Almaniya 4.234.810 94.132 3.999.988
İndoneziya İndoneziya
İsrail İsrail 1.285.570 7.766 1.228.147
Ukrayna Ukrayna 2.435.413 56.446 2.258.455
Kanada Kanada 1.629.145 27.921 1.556.543
Qətər Qətər 236.834 606 235.014
Boliviya Boliviya 500.445 18.735 460.004
Ekvador Ekvador 507.003 32.661 443.880
Rumıniya Rumıniya 1.233.668 37.041 1.118.816
Dominikan Respublikası Dominikan Respublikası 359.597 4.049 349.768
Qazaxıstan Qazaxıstan 889.040 11.253 826.090
Panama Panama 467.338 7.230 456.894
Mərakeş Mərakeş 934.828 14.315 908.898
Belçika Belçika 1.244.954 25.602 –
Misir Misir 305.269 17.367 257.708
Küveyt Küveyt 411.690 2.450 408.601
Niderland Niderland 2.003.050 18.170 –
Oman Oman 303.769 4.096 297.832
Çin Çin (materik) 96.203 4.636 90.677
İsveç İsveç 1.152.027 14.856 –
Qvatemala Qvatemala 563.257 13.625 522.451
Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Ərəb Əmirlikləri 735.992 2.097 728.546
Polşa Polşa 2.909.776 75.689 2.663.707
Yaponiya Yaponiya 1.699.636 17.605 1.652.318
Belarus Belarus 542.077 4.174 521.362
Honduras Honduras 366.702 9.824 110.484
Efiopiya Efiopiya 345.674 5.582 312.806
Portuqaliya Portuqaliya 1.070.665 17.986 1.022.422
Venesuela Venesuela 368.968 4.469 351.141
Bəhreyn Bəhreyn 275.025 1.389 272.905
Kosta-Rika Kosta-Rika 532.185 6.386 437.328
Nepal Nepal 796.618 11.157 767.819
Sinqapur Sinqapur 99.430 103 79.124
Nigeriya Nigeriya 205.940 2.724 193.812
Özbəkistan Özbəkistan 173.895 1.239 168.875
Çexiya Çexiya 1.691.489 30.459 1.654.206
İsveçrə İsveçrə 840.359 10.709 317.600
Əlcəzair Əlcəzair 203.517 5.815 –
Ermənistan Ermənistan 261.697 5.319 241.841
Moldova Moldova 295.681 6.803 279.122
Qana Qana 127.482 1.156 123.238
Qırğızıstan Qırğızıstan 178.608 2.607 173.305
Əfqanıstan Əfqanıstan 155.263 7.212 125.048
Avstriya Avstriya 743.095 11.009 711.844
Azərbaycan Azərbaycan 485.275 6.559 462.798
Keniya Keniya 249.725 5.128 241.828
Fələstin Fələstin 395.677 4.018 363.176
Paraqvay Paraqvay 459.997 16.200 443.218
İrlandiya İrlandiya 392.575 5.249 –
Serbiya Serbiya 955.672 8.331 –
Salvador Salvador 104.348 3.262 86.851
Avstraliya Avstraliya 107.171 1.307 –
Bosniya və Herseqovina Bosniya və Herseqovina 235.536 10.635 192.218
Danimarka Danimarka 358.369 2.654 350.776
Cənubi Koreya Cənubi Koreya 316.020 2.504 277.092
Kamerun Kamerun 92.303 1.459 80.433
Puerto-Riko Puerto-Riko 149.560 3.149 –
Macarıstan Macarıstan 822.072 30.185 784.539
Kot-d'İvuar Kot-d'İvuar 47.760 306 47.239
Bolqarıstan Bolqarıstan 497.970 20.725 434.474
Şimali Makedoniya Şimali Makedoniya 191.408 6.668 172.653
Yunanıstan Yunanıstan 651.378 14.751 –
Xorvatiya Xorvatiya 404.790 8.640 387.275
Norveç Norveç 190.122 861 88.952
Albaniya Albaniya 170.778 2.705 158.574
Malayziya Malayziya 2.257.584 26.456 2.070.715
Finlandiya Finlandiya 142.114 1.062 31.000
Lüksemburq Lüksemburq 78.326 835 76.331
Tailand Tayland 1.626.604 16.943 1.496.273
Kuba Kuba 877.428 7.436 841.128
Estoniya Estoniya 157.728 1.360 145.542
İslandiya İslandiya 11.839 33 11.447
Litva Litva 335.801 5.041 306.670
Sloveniya Sloveniya 292.333 4.556 –
Honkonq Honkonq 12.227 213 11.936
Yeni Zelandiya Yeni Zelandiya 3.962 27 3.696
Slovakiya Slovakiya 412.507 12.637 –
Tunis Tunis 706.314 24.842 673.990
Latviya Latviya 160.608 2.731 146.979
Andorra Andorra 15.222 130 15.004
Kipr Kipr 118.608 555 –
Livan Livan 622.983 8.306 592.145
Uruqvay Uruqvay 389.025 6.056 381.669
Niger Niger 6.025 203 5.769
Burkina-Faso Burkina-Faso 14.290 187 13.904
Diamond Princess 712 14 698
Cersi Cersi 10.054 78 9.720
Tayvan Tayvan 16.244 843 No data
Malta Malta 37.187 459 36.019
İordaniya İordaniya 825.245 10.736 801.945
San-Marino San-Marino 5.428 91 5.310
Mavriki Mavriki 15.695 84 1.854
Kosovo Kosovo 160.072 2.953 154.191
Seneqal Seneqal 73.793 1.858 71.818
Monteneqro Monteneqro 132.360 1.932 123.966
Vyetnam Vyetnam 803.202 19.601 664.938
Gürcüstan Gürcüstan 616.589 9.005 587.499
Qvineya Qvineya 30.392 378 28.822
Konqo Demokratik Respublikası Konqo DR 56.997 1.084 30.858
Men adası Men adası 7.633 52 7.217
Cibuti Cibuti 12.870 169 12.162
Şri-Lanka Şri-Lanka 519.630 13.019 458.646
Fransa Mayotta 196 3 59
Farer adaları Farer adaları 1.178 2 1.072
Martinika Martinika 155 6 50
Qvadelupa Qvadelupa 143 8 67
Bruney Bruney 7.568 55 5.192
Quam Quam 15.252 198 11.372
Cəbəllüttariq Cəbəllütariq 5.566 97 5.386
Kamboca Kamboca 113.057 2.360 103.918
Ruanda Ruanda 97.695 1.276 91.490
Trinidad və Tobaqo Trinidad və Tobaqo 50.903 1.489 45.182
Madaqaskar Madaqaskar 43.597 960 41.283
Mali Mali 15.255 549 14.317
Şimali Kipr Şimali Kipr 19.613 79 18.672
Monako Monako 3.314 33 3.254
Aruba Aruba 15.514 166 15.121
Fransa Qvianası Fransa Qvianası 86 0 51
Lixtenşteyn Lixtenşteyn 3.449 60 3.368
Toqo Toqo 25.487 230 23.225
Yamayka Yamayka 84.417 1.884 53.100
Barbados Barbados 8.609 78 7.451
Konqo Respublikası Konqo Respublikası 14.359 197 8.208
Kayman adaları Kayman adaları 853 2 781
Uqanda Uqanda 123.857 3.159 96.129
Fransa Polineziyası Fransa Polineziyası 45.181 623 21.469
ABŞ Vircin adaları ABŞ Vircin adaları 6.786 71 6.521
Sint-Marten Sint-Marten 4.307 66 4.081
Liberiya Liberiya 5.794 283 5.488
Bermud adaları Bermud adaları 5.244 72 3.719
Qabon Qabon 29.126 178 26.541
Baham adaları Baham adaları 21.114 533 18.533
Makao Makau 71 0 63
Qayana Qayana 31.638 783 26.762
Zambiya Zambiya 209.142 3.649 205.172
Myanma Myanma 467.269 17.835 421.265
Qvineya-Bisau Qvineya-Bisau 6.102 135 5.237
Benin Benin 23.890 159 21.993
Eritreya Eritreya 6.722 42 6.638
Haiti Haiti 21.972 615 19.602
Tanzaniya Tanzaniya 25.846 719 183
Suriya Suriya 33.323 2.215 23.599
Liviya Liviya 341.091 4.664 260.885
Somali Somali 19.980 1.124 9.552
Antiqua və Barbuda Antiqua və Barbuda 3.188 76 2.134
Mozambik Mozambik 150.759 1.918 147.281
Ekvatorial Qvineya Ekvatorial Qvineya 12.362 147 11.008
Maldiv adaları Maldiv adaları 84.866 231 83.074
Sudan Sudan 38.256 2.901 32.053
Anqola Anqola 56.583 1.537 47.567
Laos Laos 24.916 21 8.687
Yeni Kaledoniya Yeni Kaledoniya 7.932 142 58
Çad Çad 5.042 174 4.857
Dominika Dominika 3.602 21 3.006
Namibiya Namibiya 127.680 3.514 123.004
Monqolustan Monqolustan 247.212 982 241.501
Fici Fici 51.168 632 37.168
Sent-Lüsiya Sent-Lüsiya 11.573 207 9.775
Kürasao Kürasao 16.556 163 16.006
Qrenada Qrenada 5.236 150 4.091
Esvatini Esvatini 45.971 1.223 44.203
Zimbabve Zimbabve 131.028 4.624 123.398
Botsvana Botsvana 173.788 2.354 171.434
Beliz Beliz 21.003 418 18.325
Malavi Malavi 61.597 2.282 55.453
Sent-Vinsent və Qrenadin Sent-Vinsent və Qrenadin 98 0 81
Sent-Kits və Nevis Sent-Kits və Nevis 1.965 13 1.000
Qrenlandiya Qrenlandiya 584 0 504
Seyşel adaları Seyşel adaları 21.347 115 20.903
Şimali Marian adaları Şimali Marian adaları 269 2 32
Surinam Surinam 41.867 893 26.943
Syerra-Leone Syerra-Leone 6.394 121 4.390
Aland adaları 9 0 0
MS Zaandam 13 4 –
Qambiya Qambiya 9.935 338 9.588
Montserrat Montserrat 33 1 30
Nikaraqua Nikaraqua 14.629 204 –
Törks və Kaykos adaları Törks və Kaykos adaları 2.859 23 2.780
Mərkəzi Afrika Respublikası Mərkəzi Afrika Respublikası 11.371 100 5.112
Vatikan Vatikan 29 0 27
Kabo-Verde Kabo-Verde 37.604 340 36.722
Mavritaniya Mavritaniya 36.079 776 34.715
Sen-Bartelemi Sen-Bertelemi 6 0 4
Qərbi Saxara Qərbi Saxara 6 0 0
Qondarma Dağlıq Qarabağ 5 0 0
Butan Butan 2.600 3 2.593
Burundi Burundi 18.271 14 773
Folklend adaları Folklend adaları 67 0 63
San-Tome və Prinsipi San-Tome və Prinsipi 3.504 51 2.781
Cənubi Sudan Cənubi Sudan 12.010 130 10.917
Angilya Angilya 409 1 374
Britaniya Vircin adaları Britaniya Vircin adaları 2.642 37 2.555
Niderland Karib Niderlandı 3 0 0
Somalilend 2 0 0
Sint-Estatius 2 0 0
Papua-Yeni Qvineya Papua-Yeni Qvineya 20.445 234 18.485
Şərqi Timor Şərqi Timor 19.382 113 18.275
Fransa San-Pyer və Mikelon 1 0 0
Quantanamo 1 0 0
Abxaziya 27.848 417 22.680
Saba 1 0 0
Yəmən Yəmən 9.139 1.734 5.659
Qeydlər
  1. Diaqnozun qoyulduğu şəhər və ya ərazi nəzərdə tutulur. Bəzi ölkələrdə qeyd olunan diaqnozun sayı bir neçə ərazini əhatə edir.
  2. Rəsmi olaraq təsdiqlənmiş saydır. Əslində bu halların sayı daha çox ola bilər.
  3. "–" olan ərazilərdə sağalanların olmadığını bildirir.
  4. 27 fevraldan etibarən simptomlar müşahidə olunan yalnız riskli insanlar müayinə olunmuşdur.
  5. MS River Anuket gəmisində baş verən yoluxma halları da daxildir.
  6. Hubey əyalətində 12 fevral 2020-ci il tarixindən etibarən klinik diaqnoz qoyulmuş diaqnozlar və ölüm halları daxildir.
  7. İsveçrədə yoluxanların sayı daha çox olsa da, burada göstərilən rəqəm yalnız təsdiqlənmiş halların sayıdır.
  8. Norveç Xalq Sağlamlığı İnstitutu Norveçdə yoluxmuş insanların sayının bildirilən rəqəmlərdən daha çox olduğunu açıqlamışdır.
  9. İngilis gəmisi olan "Diamond Princess" Yaponiya sularında üzərkən sərnişinlərin ölkə ərazisinə daxil olmağının qarşısını almaq üçün Yaponiya rəhbərliyindən karantinə alınmaqlarını tələb etmişdir. Buna görə də bu yoluxma halı nə Yaponiya, nə də Böyük Britaniya ərazisinə daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatı "beynəlxalq bir nəqliyyat" adı altında bu halı qeydə almışdır.

Xüsusiyyətləri

Yoluxma

Virus, insandan insana, nəfəs vasitəsilə bədənə daxil olan virusları ehtiva edən hava damlaları ilə ötürülür. Xəstəliyin heç bir simptom olmadan insandan insana keçə biləcəyi barədə araşdırmalar mövcuddur, məsələn, Almaniyada ilk yoluxma baş verib. Bu kimi simptomlar olmadan ötürülmə hallarının nə qədər epidemiya yayılması bilinmir, əgər oynadığı rol böyük olarsa, epidemiyanı idarə etməyi çətinləşdirəcəkdir.

Molekulyar quruluş

Viruslar çox kiçik və az miqdarda atomlardan ibarət olduğu və unikal RNT protein molekulu olduğu üçün bu gün canlı və ya cansız bir qavrayışın olub olmadığı bilinmir. Buna görə onların dərsləri patrikul olaraq adlanır. Heç bir maddələr mübadiləsi olmur, hüceyrənin xaricində kristallaşaraq və cansız yaşayır, hüceyrə içərisindəki RNT-ni tərk edərək hüceyrə içərisinə çıxaraq hüceyrələrin nüsxələrini çıxarır, hüceyrə partlayır, yeni istehsal edilən viruslar digər hüceyrələrə təsir göstərir. 1 COVID-19 diametri 100 mm, diametri 1500 atom, cəmi 200 milyon atomlardan ibarətdir. Viruslar o qədər kiçikdir ki, çox az sayda atomdan ibarətdir. Bİr şəxs asqırarkən onun kiçik bir damlasının içərisində trilyonlarla virus vardır.

Göstəriciləri

Xəstəlik yüksək atəş, öskürək və 2–27 günlük bir inkubasiya dövründən sonra qəfil başlayan nəfəs darlığı ilə xarakterizə olunur. Bəzi xəstələrdə boğaz ağrısı və axan burun da var idi. Xəstəlik ümumiyyətlə orta və ağır bir klinik gedişat göstərir. Xəstəliyin ağırlaşmaları ağır sətəlcəm, septik şok, kəskin tənəffüs çətinliyi sindromu (ARDS), çoxsaylı orqan çatışmazlığı və ölüm kimi bildirilmişdir.

Statistika

Bu virus ölümcül olsa da, ona yoluxmuş əksəriyyətdə yalnız yumşaq simptomlar müşahidə olunur və bu şəxslər xəstəlikdən tam sağalırlar. Yoluxmaların 80 faizində simptomlar zəif olur. Çində fevralın 11-dək qeydə alınmış 44672 yoluxmanın 36 minindən çoxunda, yəni 80 faizində xəstəlik yüngül keçib. Xəstəliyin şiddətinə görə daha iki qrup var: sərt və kritik. İndiyədək bu virusa yoluxanların 14 faizində simptomlar sərt və yalnız 5 faizində kritik olub. Xəstəliyin orta ölümcüllük faizi Çində 2,3 faizdir. Alimlərin fikrincə, Çinin Hubey vilayətindəki 2,9 faiz ölümcüllük göstəricisi şişirdib. Çinin qalan hissələrində yoluxanların 0,4 faizi vəfat edib. Müqayisə üçün qeyd olunur ki, mövsümi qripin ölümcüllüyü 0,1 faizdir. Kritik kateqoriyaya düşənlər daha böyük təhlükə ilə üzləşirlər. Çindəki müşahidələrə görə bu kateqoriyada olanların 49 faizi vəfat edib. Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib.

Qarşısının alınması

Pandemiyaya qarşı Azərbaycanca afişa

Şəxsi ehtiyat tədbirləri

Hal-hazırda, COVID-19 üçün effektiv dərman terapiyası və ya peyvəndi yoxdur, lakin onun inkişafı üçün səylər davam edir. Bu, "qrip kimi" qızdırma, nəfəs darlığı, öskürək və digər simptomları var. İnfeksiyanın qarşısını almaq üçün əlləri sıx-sıx yumaq, öskürək və asqırma zamanı ağız və burunu bağlamaq və öskürək asqıraq kimi xəstəlik simptomları müşahidə olunan hər kəs ilə sıx əlaqə qarşısını almaq tövsiyə edilir. Yoluxmuş bir insana qrip dərmanı qəbul etmək, maye içmək və dincəlməklə simptomlarını yüngülləşdirə biləcəkləri barədə ümumi bir məlumat vardır. Bəzi ölkələr insanlardan qripə bənzər simptomları, xüsusən də Çinə səfər etdikləri təqdirdə həkimlərinə bildirmələrini xahiş edirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən bildirilən riskli bölgələrə gedəcək şəxslərin fərdi olaraq ala biləcəyi tədbirlər:

  • Xəstə insanlarla təmasdan qaçınmaq lazımdır (mümkünsə ən azı 2 metr məsafədə).
  • Xəstələrin olması səbəbi ilə sağlamlıq mərkəzlərinə baş çəkilməməli və sağlamlıq müəssisəsinə getmək lazım olduğu hallarda digər xəstələrlə əlaqə minimuma endirilməlidir.
  • Yaşlılar və xroniki xəstəliyi olanlar həkimləri və səhiyyə işçiləri ilə məsləhətləşərək riskli bölgəyə səyahətlərini planlaşdırmalıdırlar.
  • Qida təhlükəsizliyi tövsiyələrinə (məsələn, xam süd və heyvan məhsullarını istehlak etməmək, xam tərəvəz və meyvələri yaxşıca yuyulmaq kimi) diqqət yetirilməlidir.
  • Vəhşi və ev heyvanları ilə təmasdan qaçınmaq lazımdır.
  • Əl gigiyenasına diqqət yetirilməlidir. Əllər sabun və su ilə ən azı 20 saniyə yuyulmalı, sabun və su olmadıqda spirt əsaslı əl dezinfeksiyaedici maddələrdən istifadə edilməlidir.

Çində alınan ehtiyat tədbirləri

Uhan sakinləri, yoluxmadan qorunmaq məqsədilə tərəvəz almağa tələsərkən

22 yanvar 2020-ci ildə AFC, koronavirus epidemiyası ilə əlaqədar olaraq, əvvəllər Uhanda oynanılması planlaşdırılan Qadın Olimpiya Təsnifat Turnirinin A qrupu matçlarını (Avstraliya, Çin Xalq Respublikası, Tayvan və Taylanddan olan müvafiq komandalar da daxil olmaqla) Nankinə aparacağını bildirdi. Uhana gediş-gəliş üçün təsirli bir karantin 23 yanvar 2020-ci ildə, saat 10-da tətbiq olunmağa başlandı. Uçuş və qatarlar, ictimai avtobuslar, metro sistemi və Uhana gedən və uzun məsafəli avtobuslar növbəti elana qədər dayandırıldı. Çinin Sinhua Xəbər Agentliyinə görə, bu təşəbbüs Uhandan virusun yayılmasını dayandırmaq və insanların sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün göstərilmiş mühüm bir səydir.

Sosial izolyasiya tədbirlərindən öncə Uhandaki son metro qatarı

Genişmiqyaslı iclasların və qrup turlarının təxirə salınması tapşırıqları da həmçinin verildi. Karantindən sonra ərzaq məhsullarının qiymətinin artması və xəstəxanaya gedən səhiyyə işçilərinin çətinliyi də daxil olmaqla, müxtəlif logistika problemləri meydana çıxdı.

Sonradan Hubey əyalətində ən az 15 şəhərdə nəqliyyat məhdudlaşdırıldı. Pekindəki Yasaq şəhər, ənənəvi məbəd yarmarkaları və digər təntənəli yığıncaqlar da daxil olmaqla bir çox Yeni il tədbirləri yoluxma qorxusundan ləğv edildi. Honkonqda da yoluxucu xəstəliklərə qarşı tədbirlərin səviyyələri artırılmış və fövqəladə hal elan edilmiş, fevralın ortalarına qədər məktəbləri bağlanmış və hər il təntənəli şəkildə qeyd edilən Yeni il ləğv edildi.

Çin yoluxmuş insanları müalicə etmək üçün 10 gün ərzində tamamlanması planlaşdırılan 1000 çarpayılıq bir xəstəxana inşasına başladı. Yalnız Uhanda xəstəlikdən əziyyət çəkənlərin bu xəstəxanada müalicə olunması planlaşdırıldı.

Çinin Maliyyə Nazirliyi verdiyi açıqlamada, 29 yanvar tarixindən etibarən yeni növ koronavirusun yayılması ilə mübarizə üçün 3,94 milyard dollarlıq əlavə büdcə ayrıldığını söylədi.

Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin digər ölkələrə və Çinin bütün əyalətlərinə yayıldığı üçün beynəlxalq fövqəladə hal elan etdi.

Təsiri

İqtisadi

Fond birjasının çökməsi

Bu pandemiya qlobal iqtisadiyyatı üçün sabitliyi pozan təhlükədir. Sent-Luis Vaşinqton Universitetinin bir eksperti verdiyi hesabatında deyilir ki, COVID-19 dünya təchizat zəncirinə 300 milliard ABŞ dollarıdan böyük təsir edəcək və belə vəziyyət daha iki il davam edə bilər. Fevralın 24-də Çindən kənarda yoluxma halların sayının əhəmiyyətli artımına görə, qlonal fond birjaları düşüb. Həmin ayın 27-də isə, ABŞ-də baş verən fond birjasının düşməsi 2008-ci ildən bəri ən kəskin çökmə olmuş.

Siyasi

Çin Kommunist Partiyasının (ÇKP) mərkəzi Çindəki bölgə icra hakimiyyətilərin bir sıra nümayəndələri vəzifələrindən azad edilib. Bəzilərin fikrinə görə, bunun məqsədi ÇKP-nın başçılığını ictimai qəzəbindən qorumaq idi.

İranın hakimiyyəti epidemiyanın təsirinə ağır şəkildə məruz qalıb. İran Prezidenti, Həsən Ruhani açıq dünya liderlərinə ünvanladığı məktubuda yardım istəyib, ölkəsinin ABŞ sanksiyalarına görə dünya bazarlarına girişi olmadığını qeyd etmiş.

Bəziləri Avropa İttifaqını İtaliyadaki epidemiyası ilə əlaqədar həmrəyliksizliyinə görə təndiq edib.

Ksenofobiya

Virusun yayılması ilə Çinlilərə və başqa Şərqi Asiya əsilli insanlara qərəz və ksenofobiya bir sıra ölkələrdə, özəlliklə Avropada, Şimali Amerikada və Asiya-Sakit okeanı bölgəsində artıb. Afrikanın bəzi ölkələrində də Çinlilərə qarşı duyğuların qalxması müşahidə olunur. Virusa məruz qalan Çinlilərə həm offlayn həm də onlayn dəstək göstərilib, fəqət eyni zamanda, Uhan və Hubei sakinləri özlərinə qarşı bölgə əsasında diskriminasiyadan xəbər verirlər. Virus başqa ölkələrə yayılmayanda, Avropadakı pandemiyanın mərkəzi olan İtaliyadan olan insanlar da şübhə və ksenofobiyaya məruz qalıblar.

Müxtəlif ölkələrin, o cümlədən Malayziyanın, Yeni Zelandiyanın, Sinqapurun və Cənubi Koreyanın vətəndaşları öz hökumətlərindən çinlilərin oraya gəlməyə qadağan etməyi tələb edən ərizələri imzalayıb. Yaponiyada #ÇinliYaponiyayaGəlmə (ing. #ChineseDontComeToJapan) Twitter-in trendlərinə çıxıb.

Həmçinin bax

  • Azərbaycanda koronavirus pandemiyası 2020
  • COVID-19 qarşı peyvənd
  • Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koronavirus pandemiyası haqqında məlumat. Koronavirus pandemiyası nədir? Koronavirus pandemiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Deyok

  • Fevral 21, 2026

    Kanada

  • Fevral 27, 2026

    Ekosistem

  • Fevral 27, 2026

    Nanga Parbat

  • Fevral 27, 2026

    Clupeidae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst