Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə ta

Həsən Ruhani

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Ruhani

Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə tanınan namizəd olub.

Həsən Ruhani
fars. حسن روحانی‎
İran İslam Respublikasının Prezidenti
3 avqust 2013 – 3 avqust 2021
ƏvvəlkiMahmud Əhmədinejad
Sonrakıİbrahim Rəisi
Qoşulmama Hərəkatının Baş katibi
3 avqust 2013 – 17 sentyabr 2016
ƏvvəlkiMahmud Əhmədinejad
SonrakıNikolas Maduro
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi
12 oktyabr 1989 – 15 avqust 2005
SonrakıƏli Laricani
İslam Şurası Məclisinin üzvü
28 may 1984 – 27 may 2000
28 may 1980 – 27 may 1984
Seçki dairəsiSimnan
Şəxsi məlumatlar
Doğum tarixi 12 noyabr 1948(1948-11-12) (77 yaş)
Doğum yeri
  • Sorxə, Sorxə şəhristanı, Simnan ostanı, İran
Partiya
  • İslam Respublikası Partiyası (1979–1987),
  • Kombatant Ruhaniləri Assosiasiyası[d] (1988)
Təhsili
  • Qlazqo Kaledoniya Universtiteti (1990–1995),
  • Qlazqo Kaledoniya Universtiteti (1995–1999),
  • Qum elmiyyə hövzəsi[d] (1961–1978),
  • Tehran Universiteti (1969–1972)
Fəaliyyəti siyasətçi, diplomat, yazıçı, ruhani[d], vəkil
Uşaqları 5 (Mohammad Rouhani, Maryam Rouhani daxil olmaqla)
Dini şiəlik
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru

Təltifləri Nasr ordeni "İslam inqilabı" ordeni "Fəth" ordeni
İmzanın şəkli
president.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb. 1999-cu ildə elmlər namizədi olub.

Gənc yaşlarından ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayıb. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub, ona ictimai yerlərdə çıxış etmək qadağan edilib. 1977-ci ilin noyabrında Mustafa Xomeyninin anım tədbirində ilk dəfə ayətullah Xomeyninin ünvanına "İmam" sözünü işlədib. Buna görə təqiblərə məruz qalacağına görə ayətullah Məhəmməd Behiçtinin məsləhəti ilə ölkəni tərk edib, Parisə gedib.

1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilib. 20 il (1980–2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edib. İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri (1986–1988), İran Ordu komandanının müavini (1983–1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986–1991) və s. vəzifələr icra edib. Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

İranın Ali Rəhbəri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilib və 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. Həmçinin sabiq İran prezidenti Hatəminin 2000–2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

Məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995–1999-cu illərdə Tehran Universitetinin hamilər şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışıb, araşdırmaçı-professor adı alıb, fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.

İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində "Diplomatiyanın şeyxi" adını alıb.

2013-cü ildə İran İslam Respublikasının prezidenti seçilib.

Ailəsi

Həsən Ruhani 20 yaşı olarkən 14 yaşlı xalasıqızı Sahibə Ərəbi ilə ailə qurub. Onların 4 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Ruhani haqqında məlumat. Həsən Ruhani nədir? Həsən Ruhani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Darginlər

  • Fevral 27, 2026

    DNS

  • Fevral 27, 2026

    Nutriyakimilər

  • Fevral 27, 2026

    1782-ci il

  • Fevral 27, 2026

    Lady Gaga

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst