Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerl

Uhan

  • Ana Səhifə
  • Vikipediya
  • Uhan

Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.

Əyalət mərkəzi, Şəhər
Uhan
武汉市
30°35′ şm. e. 114°17′ ş. u.HGYO
Ölkə  ÇXR
Region Şərqi Asiya
Rayon Hubey
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. 1500
Sahəsi 8.494,41 km²
Mərkəzin hündürlüyü 37 m
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 19 milyon nəfər (2015)
Milli tərkibi Han xalqı
Rəsmi dili Çincə
Rəqəmsal identifikatorlar
Poçt indeksi 430000
Nəqliyyat kodu 鄂A
Digər
武汉政府门户网站 (Uhan Dövlət Veb Portalı)
Uhan xəritədə
Uhan
Uhan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır.

Mündəricat

Etimologiyası

"Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin. ənən. 汉口) götürülüb. 1926-cı ildə Şimal Ekspedisiyası Uhan bölgəsinə çatdı və Milliyyətçi Çin yeni bir paytaxt salmaq üçün Hankou, Uçanq və Hanyanın vahid şəhər altında birləşdirilməsini qərara aldı. 1 yanvar 1927-ci ildə meydana gələn şəhər "武漢" ("Uhan" üçün ənənəvi Çin simvolları) olaraq elan edildi, sonradan isə "武汉" (Sadələşdirilmiş Çincə) olaraq sadələşdirildi.

Coğrafiyası

Şəhər mənzərəsi

  • Sarı Kran Qülləsindən Uhan şəhərinin görünüşü (2013-cü il)
    Sarı Kran Qülləsindən Uhan şəhərinin görünüşü (2013-cü il)

Görünüşü

  • Uhan şəhərinin peyk görüntüsü
    Uhan şəhərinin peyk görüntüsü
  • Uhan şəhərinin xəritəsi (1953-cü il)
    Uhan şəhərinin xəritəsi (1953-cü il)
  • Uçanq şəhərində yerləşən Sarı Kran Qülləsindən açılan mənzərə
    Uçanq şəhərində yerləşən Sarı Kran Qülləsindən açılan mənzərə

Uhan şəhəri Hubey əyalətinin mərkəz-şərqində yerləşir. Coğrafi koordinatları: 30°35' şm. e., 114°17' q. u.

Şəhər 3 hissədən ibarətdir: Uçanq, Hankou və Hanyan. Ümumiyyətlə, bunlar "Uhanın üç şəhəri" adlanır (Bu səbəbdən, "Uhan" ~ "Uçanq" + "Hankou"/"Hanyan").

Bu 3 şəhər 1927-ci ildə birləşmişdir. Nəticədə isə Uhan şəhəri meydana gəlmişdir. Şəhərlər bir-birindən Yanszı çayı və on6n qollarından biri vasitəsilə ayrılır. Hər 3 hissə bu çaylar üzərində Çinin ilk modern körpülərindən biri vasitəsilə bağlanır. Ona görə də, həmin körpü Çində "İlk körpü" adlandırılır.

  • Uçanq həm Hankou, həm də Hanyanı ayıran Yanszı çayının cənub-şərqində yerləşir.
  • Hankou onu Uçanqdan ayıran Yanszı çayının şimal sahilindədir. Hankou onu Hanyandan ayıran Han çayının da şimalındadır.
  • Hanyan onu Uçanqdan ayıran Yanszı çayının qərb sahilindədir. Hanyan onu Hankoudan ayıran Han çayının isə cənubundadır.

İqlimi

Uhan şəhəri qış mövsümündə

Uhan şəhəri ilin 4 fəslini də yaşayır. Şəhərin iqlim tipi isə rütubətli subtropikdir. Bu səbəbdən, hava, əsasən, bol yağışlıdır. Uhan rütubətli yayları ilə tanınır, şeh nöqtələri tez-tez 26 °C (79 °F) və ya daha çox olur. Tarixən, Çuntsin, Nankin və Uhan isti yaylarına görə "Üç ən isti şəhər" adını almışdı. Lakin son məlumatlar artıq Uhanın "ən isti yay mövsümü olan şəhərlər" siyahısında ilk sıralarda olmadığını göstərir.

Uhan şəhərinin (1981-2010-cu illər üzrə) iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 25,4 29,1 32,4 35,1 36,1 37,8 39,7 39,6 37,6 34,4 30,4 23,3 39,7
Maksimum orta, °C 8,1 10,7 15,2 22,1 27,1 30,2 32,9 32,5 28,5 23,0 16,8 10,8 21,5
Minimum orta, °C 1,0 3,5 7,4 13,6 18,9 22,6 26,0 25,3 20,7 14,7 8,4 2,9 13,8
Mütləq minimum, °C −18,1 −14,8 −5 −0,3 7,2 13,0 17,3 16,4 10,1 1,3 −7,1 −10,1 −18,1
Yağıntı norması, mm 48,7 65,5 91,0 135,7 166,8 218,2 228,1 117,5 74,0 80,9 60,0 29,6 1.316

Demoqrafiya

Tarixi əhali
İlƏh.±%
19531.427.300—    
19824.101.000+187.3%
19906.901.911+68.3%
20008.312.700+20.4%
20077.243.000−12.9%
20109.785.388+35.1%
201410.338.000+5.6%
201510.607.700+2.6%
İnzibati bölgülərdəki dəyişikliklər əhalinin sayına təsir göstərə bilər. 1953, 1982, 1990, 2000 2007 2015

Uhan Çinin ən sıx şəhərlərindən biridir. Mərkəzi Çinin isə ən çox əhalisi olan şəhəridir. 2010-cu ildə keçirilən Çinin 6-cı siyahıyaalmasında Uhanın 10 rayonundan 8-də (Sinçjou və Hannan istisna olmaqla) cəmi 8.821.658 nəfər əhali qeydə alınmışdır. 2015-ci ildə isə Uhan şəhəri 10.607.700 nəfərlik əhaliyə sahib olub.

Əhatə edən Uhan meqapolis ərazisinin 2010-cu ildə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən aparılmış hesablanmasına əsasən, təxmini olaraq, 19 milyon nəfər əhaliyə məskən olduğu məlum oldu.

Dini tərkib





Uhanda 2017-ci ildə din tərkibi   Çin xalq dini (Daosizm 0.93%) (79,2 %)  Buddizm (14,69 %)  Protestantlıq (2,86 %)  İslam (1,64 %)  Katolisizm (0,34 %)  Digər (1,61 %)

2017-ci ildə dərc olunmuş bir araşdırmaya görə, Uhan əhalisinin 79,2%-i ya dindar deyil, ya da ənənəvi dinlərə sitayiş edir. Bunların 0,93%-i isə Daosizmə inanır. Əhalinin 14.69%-i Buddizm, 2.86%-i Protestantizm, 0.34%-i Katolisizm və 1.64%-i İslam, 1.61%-i isə qeyd edilməmiş digər dinlərə sadiqdir.

  • Benqal Buddist məbədi
    Benqal Buddist məbədi
  • Buddist məbədi
    Buddist məbədi
  • Şükran Protestant kilsəsi
    Şükran Protestant kilsəsi

Səhiyyə

2019-nCoV virusu

Uhan şəhərində 12 dekabr 2019-cu ildə yeni bir koronavirus növü yayıldı. Xəstəlik tezliklə geniş əraziləri əhatə etdi və kütləvi insan ölümünə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklə bağlı olaraq, tarixdə 5-ci dəfə təcili vəziyyət elan etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uhan haqqında məlumat. Uhan nədir? Uhan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Deni Didro

  • Fevral 27, 2026

    Teymuri

  • Fevral 14, 2026

    Teymurilər sülaləsi

  • Fevral 25, 2026

    Abaza dili

  • Fevral 20, 2026

    Türk dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst