Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok

Deyok

  • Ana Səhifə
  • Vikipediya
  • Deyok

Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur.

Deyok
Midiya Dövlətinin I hökmdarı
Vəzifədədir
e.ə. 728 – e.ə. 675-ci ildən
    ƏvvəlkiUalli (Manna hökmdarı)
    SonrakıFraorta
    Şəxsi məlumatlar
    Doğum tarixi e. ə. 700-cü illər
    Vəfat tarixi e.ə. 675(-675)
    Milliyyəti maday
    Fəaliyyəti rəhbər
    Uşağı Fraorta
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Herodotun qeydlərində

    Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu. Deyok ölkəni ədalətlə və ciddi qanunlar əsasında idarə etdi və əlli üç hökmranlıq sürdü. Onun varisi və davamçısı, Assur dövlətini süquta uğratmış və Midiyanı Şərqin ən güclü dövlətinə çevirmiş Kiaksarın atası, Fraortadır.

    Rüdiger Şmidt yazır:

    Deyokun hakimiyyəti dövründə Midiya dövlətinin əhatə etdiyi ərazi və ya ilkin yaranma ərazisi (tünd yaşıl rənglə qeyd olunub)

    "Herodotun qeydlərindən görünür ki, o daxili qayda-qanunlardan bəhs edir, Deyok Midiya hökmdar sülaləsinin əsasını qoyaraq Mada vilayətini Assur ağalığından azad etmişdir. Lakin o da qeyd edilməlidir ki, Herodot öz əsərində bəzən tarixi gerçəkliklə yunan və şərq əfsanələrini qarışdırdığından onun söylədiyi fikirlərin qəti tarixi gerçəkliyi əks etdirməsi şübhəlidir. Deyokun, eləcə də Herodotun da vurğuladığı, onun oğlu Fraortanın hakimiyyətdə olduğu və illəri dəqiqləşdirmək olduqca çətindir. Lakin böyül ehtimal ki, bu e.ə. VII əsrin I yarısına düşən tarixi dövrdür"

    Assur mixi yazılarında

    Assur yazılarında Dayaukku kimi xatırlanan Deyokun adı II Sarqonun (e.ə. VIII əsr) dövrünə aid mixi yazılı kitabələrdə tez-tez xatırlanır. Lakin Assur mənbələri onu Mannanın Assurla sərhəd vilayətinin hakimi (šaknu) kimi qeyd edir. Assur mixi yazılarına görə Dayaukkunun oğlu Urartu hökmdarı tərəfindən əsir alınmış, buna görə də o, Manna hökmdarı Ullusununun əleyhinə Urartu ilə ittifaq bağlamağa məcbur olmuşdu. Lakin II Sarqon Dayaukkunun hakimlik etdiyi vilayətə yürüş edərək onu və ailəsini tutmuş və Suriyadakı Həməd şəhərinə sürgün etmişdir.

    Deyok və Dayaukkunun eyni tarixi şəxsiyyətlər olması çox mübahisəli məsələdir. Onların həyatları və yaşadıqları ərazi arasında hç bir oxşarlıq yoxdur. Bəzi mütəxəssislər Herodotun qeyd etdiyi Deyok və Assur mixi yazılarında xatırlanan Dayaukkunun sadəcə ad eyniliyi olan iki fərqli tarixi şəxsiyyətlər olduğunu qeyd edirlər. Hər halda onların eyni fərd olmasını sübut edən tarixi dəlillər də yoxdur.

    Adın etimologiyası

    Asur mənbələrində ad Dayaukku kimi qeyd edilmişdir. Asur dilində "k" səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ölkə, tayfa ittifaqi (fars dilində dəh – kənd sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır, lakin düşünməmişdir ki, ölkə, tayfa ittifaqı sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – (Allahın) qərarı ilə və uku – övlad, varis (qədim türkcədə də uk – varis, oğul, nəsil sözlərindən ibarətdir. Ad Allahın qərarı ilə doğulmuş övlad mənasındadır.

    Həmçinin bax

    • Midiya
    • Madaylar
    • Struxatlar

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Deyok haqqında məlumat. Deyok nədir? Deyok nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Millətlər Birliyi

    • Fevral 27, 2026

      Zərdüşt dini

    • Fevral 27, 2026

      Əli Nazim

    • Fevral 27, 2026

      Kəklikotu

    • Fevral 27, 2026

      İran mədəniyyəti

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst