I Həsən – XII əsrin sonu – XIII əsrin əvvəllərində Xaçın knyazı.
| I Həsən | |
|---|---|
II Yuxarı Xaçın knyazı | |
| Əvvəlki | Vaxtanq Səkər |
| Sonrakı | I Qriqor Dop |
| Şəxsi məlumatlar | |
| Fəaliyyəti | siyasətçi |
| Həyat yoldaşı | Dop xatun (Dəfnə xatun) |
| Uşağı |
|
| Dini | xristian |
Hakimiyyəti əsasən mərkəzi Zar kəndi olan Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Sarkis Zaxarinin qızı Dəfnə xatunla (erməni dilinə uyğunlaşdırılmış versiyası Dop) evli olmuşdur. I Həsənin tarixi mənbələrdə son xatırlanması 1204-cü ilə aiddir. I Həsənin ölümündən sonra bir müddət xanımı Dəfnə xatun dövləti idarə etmişdir. Bu dövrdən etibarən alban hökmdar sülaləsi Arranşahik sülaləsinin Yuxarı Xaçında hakimiyyətdə olan qolu onun adı ilə Dəfnə sülaləsi – Dop sülaləsi (erməni dilli mənbələrdə Dopyanlar) adlandırılmışdır.
I Həsənin qardaşı Hovannes Alban Həvari Kilsəsinin tanınmış din xadimlərindən biri olmuşdu.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Həsən haqqında məlumat. I Həsən nədir? I Həsən nə deməkdir?