| Azərbaycan sülalələri Şah sülalələri Knyaz sülalələri Xan sülalələri |
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar.
Tarixi

Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir.

Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi.
Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur. Mənbələrdə "Kiçik Sünikin – Xandaberd və Akanın, yüksək Qeqam dağlarının, Zoddan Şoxaqa qədər ərazilərin hakimi" adlandırılan II Qrioq Dopun ölümündən sonra Dop sülaləsinin siyasi təsir gücü zəifləyir.
Knyaz III Həsən 1386-cı ildə oğlanları ilə birgə Azərbaycana yürüş edən Əmir Teymura qarşı döyüşdə öldürülmüşdü. Lakin Teymurilər Dop sülaləsinin knyazlıq hüququnu saxlamışdı.
1430-cu illərdə Dop sülaləsinin nümayəndələri Azərbaycanda hakimiyyətə gəlmiş Qaraqoyunlu xanədanı tərəfindən əsir alınmışdı. III Həsənin nəvəsi knyaz Aytin Qaraqoyunlu hakimlərinə böyük məbləğdə bac ödəyərək öz ərazilərinin bir hissəsində hakimlik hüququnu qaytarmışdı.
XV əsrin ortalarında Qafqazın çəkişmələr meydanına çevrildiyi dövrdə Yuxarı Xaçın ərazisi də üç məlikliyə parçalandı. Dop sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları məlik sülalələrinin simasında varlığını davam etdirmişdir. Ulubəyoğulları sülaləsi sonradan Qeqarqunik hakimləri olan, daha sonra isə Vərəndə məliyi hüququnu əldə edən Məlik-Şahnəzərov nəslinə başlanğıc vermişdir.
Dop sülaləsindən olan knyazlar
II Qriqorun ölümündən sonra Dop sülaləsinin hakimiyyəti zəifləyir və sülalə Xaçın knyazları olan Həsən-Cəlalyan sülaləsinin təsiri altına düşür.
- III Həsən
- Vəqram (oğlu Qriqor və qardaşı oğlanları Seyti və Dursunla birgə)
- I Doğan
- Mirzəcan
XV əsrin sonunda Dop sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları nəsillərinə parçalandı. Ulubəyoğulları sülaləsindən Qeqarqunik və Vərəndə hakimləri olan Məlik-Şahnəzərov nəsli başlanğıc almışdı.
Digər nümayəndələri
Sotk məlikləri
Sotk məliklərinin malikanəsi Böyük Məzrə kəndində yerləşirdi.
- Şahənşah (III Həsənin oğlu)
- Saytun (Seyti) – XV əsrin əvvəlləri
- Ulubəy
Ulubəyin adı ilə nəslin ondan sonrakı nümayəndələri Ulubəyoğulları (erməni dilinə uyğunlaşdırılmış Ulubəyants) soyadını daşıyırdılar.
- Mirzəcan – 1502-ci ildən
- Məlikbəy – 1580-ci ilə kimi
- Şahnəzər
- Övri – 1621-ci ildə vəfat edib.
- Kamal
- Astvaçapov – 1650-ci ilə kimi
- Məlikbəy – 1670-ci ilə kimi
- Şahnəzər – XVII əsrin sonları
Vərəndə məlikləri
Həmçinin bax
- Xaçın knyazlığı
- Vərəndə mahalı
- Qafqaz Albaniyası
- Həsən-Cəlalyan sülaləsi
- Qafqaz Albaniyası hökmdarlarının siyahısı
- Kəlbəcər rayonu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dop sülaləsi haqqında məlumat. Dop sülaləsi nədir? Dop sülaləsi nə deməkdir?
