Keyt Noel Holms (18 dekabr 1978, Tolido[d], Ohayo) — ABŞ aktrisası və kinorejissoru. Geniş kütləyə tanınması 1998-2003-cü illərdə nümayiş olunan "Dousonun çeşməsi" (orij. "Dawson's Creek") televiziya layihəsində Coui Potter personajını oynaması sayəsində baş verib. K. Holmsun aktyor Tom Kruzla nikahı 2006-cı ildən 2012-ci ilə qədər sürmüşdü və mətbuat bu münasibətə böyük diqqət yetirib. Onların Suri adında bir qızı var.
| Keyti Holms | |
|---|---|
| ing. Katie Holmes | |
| |
| Doğum adı | Kate Noelle Holmes |
| Doğum tarixi | 18 dekabr 1978 (47 yaş) |
| Doğum yeri |
|
| Həyat yoldaşı |
|
| Partnyoru |
|
| Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, teatr aktrisası, kinorejissor, film prodüseri, aktrisa |
| Fəaliyyət illəri | 1997-ci ildən |
| Təhsili | |
| Boyu | 175 sm |
| IMDb | ID0005017 |
Erkən illəri
Keyti Holms Ohayo ştatının Tolido şəhərində anadan olub. Beş uşağın ən kiçiyidir. Anası Ketlin ev qadını və xeyriyyəçi, atası Martin Cozef Holms isə hüquqşünas olub. Atası gəncliyində Markett Universitetində məşqçisi Al Makquayrın komandаsında basketbol oynayıb. Üç bacısı və bir qardaşı var. Katolik ailəsində böyüyüb və Tolidodakı Kral Məsih kilsəsinə gedib.
Orta təhsilini qızlar üçün olan Notr-Dam Akademiyasında bitirib. Bu məktəbdə anası da oxuyub. K. Holms burada əla şagird olub, bütün fənlərdən ən yüksək qiymətlər alıb. Yaxınlıqdakı oğlan məktəblərində isə müzikllərə çıxıb. "Salam Dolli" (orij. "Hello Dolly") müziklında ofisiant, "Lənətə gəlmiş yankilər" (orij. "Damn Yankees") tamaşasında isə Lola rolunu canlandırıb. SAT imtahanından 1600 baldan 1310 bal toplayıb və Kolumbiya Universitetinə qəbul olub, yay kurslarına da gedib. Atası onun həkim olmasını istəyib. 14 yaşında Tolidoda modellik kurslarına başlayıb. Bu da onu 1996-cı ildə Nyu-Yorkda keçirilən Beynəlxalq Modellik və İstedadlar Yarışmasına aparıb. "Bülbülü öldürmək" əsərindən monoloq ifa etdikdən sonra özünə agent tapıb. Agent onun video çəkilişini Enq Linin "Buz fırtınası" (orij. "The Ice Storm") filminin kastinq direktoruna göndərib. Beləcə K. Holms 1997-ci ildə bu filmdə Libbets Keysi rolunu oynayaraq ilk dəfə böyük ekranda görünüb. Filmdə Kevin Klayn və Siqurni Viver ilə birlikdə çəkilib.
Filmoqrafiya
- Telefon köşkü (2002)
- Eprilin qonaqlığı (2003)
- Betmen Başlayır (2005)
- Siqaret çəkdiyiniz üçün təşəkkürlər (2005)
- Loqanın uğuru (2017)
- Ouşenin 8 rəfiqəsi (2018)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, keyti holms sözünün mənası, keyti holms haqqında məlumat. keyti holms nədir? keyti holms nə deməkdir?
