Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı laureatı, 3 dəfə "Oskar" mükafatı nominantı olub, kinemotoqrafiyaya töhfəsinə görə "Oskar" mükafatı laureatı.
| Tom Kruz | |
|---|---|
| ing. Thomas Cruise Mapother IV | |
| |
| Doğum adı | Thomas Cruise Mapother IV |
| Doğum tarixi | 3 iyul 1962[…] (63 yaş) |
| Doğum yeri |
|
| Həyat yoldaşı |
|
| Partnyorları |
|
| Fəaliyyəti | aktyor |
| Fəaliyyət illəri | 1981-ci ildən |
| Boyu | 170 sm |
| Mükafatları | |
| IMDb | ID0000129 |
![]() | |
| tomcruise.com | |
Həyatı
Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus şəhərində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb.
Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb. Kidmanla Kruzun evliliyindən övladlığa götürdüyü qızı İzabella Ceyn və oğlu Konor Entoni olub. Nikola Kidmandan sonra Penelopa Kruzla da münasibəti olmuş və 2004-cü ildə sona çatmışdır. Daha sonra 2006-cı ildə İtaliyada Keti Xolmsla evlənmişdir. Bu evlilikdən cütlüyün Suri adlı qızı var. Kruzun bu evliliyi də əbədi olmayıb və 2012-ci ildə Ketidən də ayrılıb. Tom Kruz üç həyat yoldaşından boşananda onların üçünün də 33 yaşı var idi.
Filmoqrafiya
- Top Qan (1986)
- Yağış adam (1988)
- Vampirlə müsahibə (1994)
- Qeyri-mümkün missiya (1996)
- Geniş bağlanmış gözlərlə (1999)
- Maqnoliya (1999)
- Qeyri-mümkün missiya 2 (2000)
- Vanilli səma (2001)
- Sonuncu samuray (2003)
- Qeyri-mümkün missiya 3 (2006)
- Günün cəngavəri (2010)
- Qeyri-mümkün missiya: Fantom protokolu (2011)
- Oblivion (2013)
- Gələcəyin həddi (2014)
- Qeyri-mümkün missiya: Quldurlar qəbiləsi (2015)
- Mumiya (2017)
- Qeyri-mümkün missiya: Əks-təsir (2018)
- Top Qan: Meverik (2022)
- Qeyri-mümkün missiya: Ölümcül hesablaşma. 1-ci hissə (2023)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tom kruz sözünün mənası, tom kruz haqqında məlumat. tom kruz nədir? tom kruz nə deməkdir?

