Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının s

Aşağı Əskipara

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Əskipara

Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Kənd
Aşağı Əskipara
41°04′26″ şm. e. 45°04′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi 9.1
Mərkəzin hündürlüyü 764 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1,317 nəfər
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Aşağı Əskipara xəritədə
Aşağı Əskipara
Aşağı Əskipara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

  • Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
  • 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib.
  • 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Toponimikası

Aşağı Əskipara oyk., mür. Coğas çayının sol sahilində, Qazançı dağının ətəyindədir. Oykonim kəndin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. "Əskipara yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Əskipara isə Köhnəkənd oykoniminin sinonimidir.

Mədəniyyəti

  • Kənddə XVI əsrə aid dəyirman və VI–VII əsrə aid alban kilsəsi vardır.

Əhalisi

Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşmışdırlar.

Görkəmli şəxsləri

  • Aqil Musayev — (1974–1994) — Azərbaycanın Milli Qəhrəmanı. "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.
  • Qaratel Hacımahmudova — (1948–1992) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Birinci Qarabağ müharibəsi şəhidi.
  • Camal Əhmədov — (1928–1999) — Pedaqoji elmləri doktoru, professor.
  • Tahir Məhərrəmov — (1916–2013) — filologiya elmləri doktoru, professor.
  • Məhərrəm Əhmədov (1954) — Dövlət xadimi.

Həmçinin bax

  • Qazax rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Əskipara haqqında məlumat. Aşağı Əskipara nədir? Aşağı Əskipara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məhəmmədsəid xan

  • Fevral 27, 2026

    Lena Meyer-Landrut

  • Fevral 27, 2026

    Samofrakiyalı Nika

  • Fevral 28, 2026

    Pyer Bulez

  • Fevral 27, 2026

    Prunus cocomilia

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst