Kartli çarlığı — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
| Tarixi dövlət | |||||
| Kartli çarlığı | |||||
|---|---|---|---|---|---|
| ქართლის სამეფო | |||||
| |||||
![]() | |||||
| 1466 — 1762 | |||||
| Paytaxt | Tiflis | ||||
| Rəsmi dilləri | Gürcü dili | ||||
| Din | Pravoslav, İslam | ||||
| İdarəetmə forması | Monarxiya | ||||
Hökmdarları
| Portret | Adı | Hakimiyyət illəri | Əvvəlki çarlarla əlaqəsi |
|---|---|---|---|
| II Konstantin | 1484–1505 | I Aleksandrın nəvəsi | |
| X David | 1505–1525 | II Konstantinin oğlu | |
| IX Georgi | 1525–1527 | X Davidin qardaşı | |
| Luarsab | 1527–1556 | X Davidin oğlu | |
![]() | I Simon | 1556–1569 1578–1599 | X Davidin oğlu |
| XI David | 1569–1578 | X Davidin oğlu | |
![]() | X Georgi | 1599–1606 | I Simonun oğlu |
![]() | II Luarsab | 1606–1615 | I Simonun oğlu |
| VII Baqrat | 1615–1619 | XI Davidin oğlu | |
| II Simon | 1619–1630 | VII Baqratın oğlu | |
![]() | I Teymuraz | 1630–1634 | (Kartli Kaxetiya ilə birgə idarə olundu) |
![]() | I Rüstəm | 1633–1658 | XI Davidin oğlu |
| V Vaxtanq | 1658–1675 | II Konstantinin kötücəsi | |
![]() | XI Georgi | 1675–1688 1703–1709 | V Vaxtanqın oğlu |
![]() | I İrakli | 1688–1703 | I Teymurazın oğlu |
| Keyxosrov | 1709–1711 | XI Georginin qardaşı oğlu | |
| I Yese | 1714–1716 1724–1727 | Keyxosrovun qardaşı | |
![]() | VI Vaxtanq | 1716–1724 | Keyxosrov və I Yesenin qardaşı |
![]() | II Teymuraz | 1744–1762 | I İraklinin nəvəsi |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kartli çarlığı haqqında məlumat. Kartli çarlığı nədir? Kartli çarlığı nə deməkdir?





