Keyxosrov — Kartli çarı, şahzadə Levanın oğlu idi. Çar olmasına baxmayaraq heç vaxt Gürcüstanda olmadı və İranda yaşadığı üçün qəyyum olaraq yerinə VI Vaxtanq hakimlik edirdi.
| Keyxosrov | |
|---|---|
| ქაიხოსრო | |
| 1709 – 1711 | |
| Əvvəlki | XI Georgi |
| Sonrakı | I Yese |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Fəaliyyəti | hərbi qulluqçu |
| Atası | Levan |
| Anası | Tuta Qurieli |
| Həyat yoldaşı | Ketevan |
| Dini | şərqi ortodoks xristianlıq |
| | |
![]() | |
Həyatı
1703-cü ildən bəri Səfəvi sarayında yaşayan Keyxosrov İsfahanın naibi və darğası kimi yüksək vəzifələrdə işləmişdi. 1709-cu ildə əmisi XI Georginin ölümündən sonra çar oldu. Çar həmin il Əfqanıstandakı Səfəvi ordusunun sipəhsaları, Bərdə və Təbrizin hakimi vəzifəsinə yüksəldildi. Mir Veys xandan intiqam almaq üçün 1709 və 1711-ci illərdə hücuma keçən çar məğlub olaraq öldürülmüşdü.
Ailəsi
Giorgi adlı birinin qızı Ketevanla (ö. 3 may 1730) evlənmişdi. Övladları:
- David (1710-1738)
- Ana (ö. 1786)
- Xoreşan (ö. 1722) - Şah Sultan Səfəvi ilə evlənmişdi.
- Şahnəvaz
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keyxosrov (Kartli) haqqında məlumat. Keyxosrov (Kartli) nədir? Keyxosrov (Kartli) nə deməkdir?
