Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Luarsab (gürc. ლუარსაბ II) — 1606–1615-ci illərdə hakimiyyətdə olmuş Kartli (şərqi Gürcüstan) çarı. Gürcüstan Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edil

II Luarsab

  • Ana Səhifə
  • Vikipediya
  • II Luarsab

II Luarsab (gürc. ლუარსაბ II) — 1606–1615-ci illərdə hakimiyyətdə olmuş Kartli (şərqi Gürcüstan) çarı. Gürcüstan Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir.

II Luarsab
Şəxsi məlumatlar
Doğum tarixi 1592(1592)[…]
Doğum yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Vəfat tarixi 1622(1622)[…] (29–30 yaşında)
Vəfat yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Fəaliyyəti monarx
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

II Luarsab atası X Georginin qəfildən 1606-cı ildə vəfat etməsindən sonra 14 yaşında Kartli taxtına oturdu. Uşaqlıq dövründə Karli çarlığı saray müəllimi Şadiman Barataşvili tərəfindən idarə edilirdi.

Bu dövrdə Səfəvi şahı I Abbas Osmanlı ordularını Gürcüstanın şərqindən uzaqlaşdırmaq və bölgədəki Osmanlı hökmranlığına son qoymaq fikrində idi. I Abbas Tiflisə müəyyən qədər qızılbaş qarnizonu yerləşdirmək və Luarsabı çar taxtına çıxarmaq istəyirdi. Osmanlılar Luarsabı və qüvvələrini aradan qaldırmağa qərar verdilər. 1609-cu ildə baş tutmuş Taşiskari döyüşündə Georgi Saakadzenin başçılıq etdiyi Kartli ordusu Osmanlı qüvvələrini məğlubiyyətə uğratdı. Bu qələbədən sonra Tiflis qalasının idarə edilməsi yenidən Luarsaba verildi.

1611-ci ilin sonlarında Luarsab aşağı dərəcəli zadəganlardan olan Georgi Saakadzenin bacısı Makrine ilə evləndi. Lakin Şadiman Barataşvilinin rəhbərlik etdiyi çarlığın aparıcı zadəganları Georgi Saakadzenin Səfəvilərin adamı olması və onu devirmək istəməsi barədə Luarsabı inandırmağı bacardılar. Nəhayət, Luarsab Makrine ilə boşanmağa razı oldu və Georgi Saakadzeni Səfəvi ərazilərinə sürgün etdi. Bu hadisələrdən hiddətlənən I Abbas gürcülərdən daha çox sədaqət və itaət tələb etdi. Bundan sonrakı dövrdə Luarsab və I Abbas arasındakı münasibətlər daha da gərginləşdi. Səfəvilərin hücumundan çəkinən I Luarsab digər gürcü hökmdarı, Kaxeti çarı I Teymuraz ilə müttəfiq oldu.

1614-cü ilin əvvəlində Səfəvilər böyük ordu ilə Kartliyə doğru hərəkət etdilər. Ardınca Kartli çarlığının torpaqları Səfəvi ordusunun nəzarətinə keçdi. Luarsab və Teymuraz Gürcüstanın qərbindəki İmereti çarlığına qaçmalı oldular. I Abbas İmereti çarı III Georgidən onları təslim etməsini istəsə də, Goergi bundan imtina etdi. I Abbas Georgini ölkəsini dağıtmaqla təhdid etdi və Luarsabı təslim edəcəyi təqdirdə sülh bağlaya biləcəklərinə dair söz verdi. 1615-ci ilin oktyabrında Luarsab təslim oldu. Luarsab islamı qəbul etməyi rədd etdi və əvvəlcə Astrabadda (hazırkı Gürgan), daha sonra isə Şiraz yaxınlığındakı bir yerdə həbs edildi. Gürcülər Rus çarı I Mixail vasitəsi ilə Luarsabı xilas etməyə çalışsalar da, müzakirələr heç bir nəticə vermədi. Luarsab şahın əmri ilə 1622-ci ildə İranın cənub-qərbində yerləşən Qalehye qolab qalasında yay ipi ilə boğularaq edam edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Luarsab haqqında məlumat. II Luarsab nədir? II Luarsab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    8 oktyabr

  • Fevral 27, 2026

    Bleasdalea papuana

  • Fevral 27, 2026

    .edu

  • Fevral 27, 2026

    Vaqif Mustafazadə

  • Fevral 27, 2026

    Əbu Bəkir

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst