V Vaxtanq yaxud I Şahnəvaz xan — Muxrani qolundan ilk Kartli çarı.
| V Vaxtanq I Şahnəvaz | |
|---|---|
| ვახტანგ V | |
| 1658 – 1675 | |
| Əvvəlki | I Rüstəm |
| Sonrakı | XI Georgi |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1618 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1676 (57–58 yaşında) |
| Vəfat yeri | Gəncə, Azərbaycan |
| Dəfn yeri | Qum, |
| Fəaliyyəti | monarx |
| Atası | Baqrat Baqration-Muxraneli |
| Anası | Anna |
| Uşaqları | |
| Dini | İslam |
| | |
![]() | |
Vaxtanq İslamı qəbul etmişdi. Şahnəvaz xan kimi tanınırdı.
Həyatı
Hakimiyyəti
1660-cı ildə Araqvi eristavı I Zaalı öldürtmüşdü. 1661-ci ildə oğlu I Arçili İmereti taxtına gətirmişdi. 1664-cü ildə I Arçili həm də Kaxetiya taxtına gətirdi. II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman Səfəvi (II Səfi) çıxdı. Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Kaxetiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (I Arçil) atası Şahnəvaz xanla məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, mənəvi atası Rüstəm xanın (I Rüstəm) yanında dəfn etdilər.
Ailəsi
2 dəfə evlənmişdi. İlk həyat yoldaşı Rodam Orbeliani, ikinci həyat yoldaşı isə Mariam idi. Övladları:
- I Arçil - Kaxetiya və İmereti çarı
- XI Georgi - Kartli çarı
- Aleksandr (İsgəndər Mirzə) - İsfahan darğası
- Levan - Kartli qəyyumu
- Luarsab
- Solomon (Süleyman Mirzə)
- Anuka - II Abbasla evlənmişdi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, V Vaxtanq haqqında məlumat. V Vaxtanq nədir? V Vaxtanq nə deməkdir?
