Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik ş

II Teymuraz

  • Ana Səhifə
  • Vikipediya
  • II Teymuraz

II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi.

II Teymuraz
თეიმურაზ II
Kaxetiya kralı II Teymuraz
Kaxetiya kralı II Teymuraz
Kaxeti çarı
1732 – 1744
ƏvvəlkiII Konstantin Baqrationi kral kimi / Arçil vali kimi
SonrakıII İrakli
Kartli çarı
1744 – 1762
ƏvvəlkiƏli Mirzə
SonrakıII İrakli
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1680
Doğum yeri
  • Tiflis, Kartli krallığı
Vəfat tarixi 8 yanvar 1762 (81 yaşında)
Vəfat yeri Sankt-Peterburq
Fəaliyyəti şair
Atası I İrakli Baqrationi
Anası Anna Çolokaşvili
Uşaqları
  • II İrakli
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gənclik illəri

I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi. Müsəlman olmadığı üçün Nadir şah Kaxetiya dövlətini ləğv edərək, II Davidin oğlu Əli Mirzəni Kaxetiya valisi olaraq təyin etdi. 1735-ci ildə yenidən dağlara qaçan Teymuraz sonrakı il həbs edilərək şahın hüzuruna gətirildi. 1744-cü ildə Nadir şah onu gürcü üsyanını yatırtmaq üçün göndərdi və onu Kartli çarı olaraq tanıdı.

II Teymurazın Həştərxandakı qəbri

Hakimiyyəti

Nadir şahın ölümündən sonra Gəncə xanlığı, İrəvan xanlığı və Naxçıvan xanlığı ilə ittifaq quran çar İran ordusunu Qafqazdan qovmağa nail oldu. Rusiyadan kömək almağı özünə məqsəd qoyan Teymuraz Sankt Peterburqu ziyarət edərkən vəfat etdi və Həştərxan Kremlində qaynatası VI Vaxtanqın yanında basdırıldı. Yerinə oğlu II İrakli keçdi. O musiqi bəstələmiş, fars dilindən şeirlər tərcümə etmişdir.

Ailəsi

Çar 3 dəfə evlənmişdi:

  • Tamar — Araqvi eristavı II Bahadur Sidamonun qızı (1710-cu ildə boşandı)
  • Tamara Baqrationi — VI Vaxtanqın qızı. Ondan olan övladları:
  1. II İrakli
  2. David
  3. İoan
  4. Solomon
  5. Kotevan
  6. Yelena
  7. Anna
  • Anna Barataşvili — Bejana Barataşvilinin qızı. Ondan olan övladları:
  1. Tamara
  2. Yelizaveta

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Teymuraz haqqında məlumat. II Teymuraz nədir? II Teymuraz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Enuma eliş

  • Fevral 24, 2026

    Tirren dənizi

  • Fevral 25, 2026

    Xaqani Şirvani

  • Fevral 18, 2026

    Arktika

  • Fevral 24, 2026

    Gospel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst