Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayl

Həkəriçay

  • Ana Səhifə
  • Vikipediya
  • Həkəriçay

Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır.

Həkəri
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Laçın rayonu
  • Qubadlı rayonu
  • Zəngilan rayonu
Mənbəyi Mıxtökən dağı
Mənsəbi Araz
Uzunluğu 155 km
Su sərfi 16,2 m³/san
Su sistemi Araz/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 2570 km²
Həkəri (çay) (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Həkəri çayı Qafqazın fiziki xəritəsində:

39°41′ şm. e. 46°29′ ş. u.HGYO

39°08′ şm. e. 46°49′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.

Çayın orta illik su sərfi (Abdallar kəndi yanında) 16,2 m3/san-dir. Zabuxçay, Ağsuçay və digər qolların birləşməsindən sonra (Güləbird kəndinin qarşısında) 22,7 m3/san-dir. Bunun da 70%-i yaz və yay, 30%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 14-16%-i axıdılır. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 200 mq/l-dir.

Həkəri çayı öz axarı boyunca Hoçaz kəndindən axan Hocazsuçayı və Zabux çayını qəbul edərək zənginləşir, Bərgüşad çayı ilə birləşdikdən sonra, Araza tökülür.

Bəzi gümanlara görə, "Həkəri" sözü kürd dilli Həkəri tayfasının adı ilə bağlıdır. Məşhur Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində Güləbird kəndində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir Ancaq əslində isə üzərində üç SES tikilmiş, yuxarı axarında Şəlvəçay (eyniadlı kəndin adından) adlanlılan və keçmiş adı Alban (Ağvan) olmuşdur. IX-XII əsrlərə aid ərəb mənbələrində Arran-çay adlanır və Araza töküldüyü göstərilir. Əkərə də adlanır. Görünür, sonralar kürddilli həkəri tayfasının ətraf ərazidə məskunlaşması ilə əlaqədar tədricən həmin tayfanın adı ilə tanınmağa başlamışdır.

Həkərinin suyundan suvarma işlərində və energetikada geniş istifadə edilir. Həkəri çayının bol sularında iri qızıl balıq olur.

Foto

Həmçinin bax

  • Azərbaycan çayları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həkəriçay sözünün mənası, həkəriçay haqqında məlumat. həkəriçay nədir? həkəriçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ellinizm

  • Mart 06, 2026

    Nadir Mahmudov

  • Fevral 25, 2026

    Həcər

  • Fevral 27, 2026

    Canet Li

  • Fevral 27, 2026

    Pallada (asteroid)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst