Zabuxçay — Həkəriçayın sağ qolu. Azərbaycanda, Laçın rayonu ərazisindən axır.
| Zabuxçay | |
|---|---|
| |
| |
| Ölkə | |
| Mənbəyi | Qızıltəpə dağı |
| • Yüksəkliyi | 3036 m |
| Mənsəbi | Həkəriçay |
| Uzunluğu | 51 km |
| Su sərfi | 4,37 m³/san |
| Su hövzəsi | Araz→Kür→Xəzər dənizi |
| Hövzəsinin sahəsi | 527 km² |
Ümumi məlumat
Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır. Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir. Ən çox su sərfi may, ən azı isə yanvar ayında müşahidə edilir. Zabuxçaydan suvarma və dəyirmanların işlədilməsində geniş istifadə edilir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zabuxçay sözünün mənası, zabuxçay haqqında məlumat. zabuxçay nədir? zabuxçay nə deməkdir?


