Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1988), Azərbayca

Ömər Eldarov

  • Ana Səhifə
  • Vikipediya
  • Ömər Eldarov

Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1988), Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).

Ömər Eldarov
Doğum tarixi 21 dekabr 1927(1927-12-21) (98 yaş)
Doğum yeri
  • Dərbənd, Dərbənd rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d]
Janr heykəltaraşlıq
Tanınmış işləri
  • Hüseyn Cavidin heykəli,
  • 77-ci atıcı diviziyasının əsgərlərinin xatirə abidəsi,
  • Məhəmməd Füzulinin heykəli,
  • Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası,
  • Azərbaycan Rəssamlar İttifaqı
Mükafatları "Heydər Əliyev" ordeni — 20172017 "İstiqlal" ordeni — 19971997 "Şərəf" ordeni — 20122012 1-ci dərəcəli "Əmək" ordeni — 20222022 "Heydər Əliyev" mükafatı — 20092009
"Qırmızı əmək bayrağı" ordeni — 19861986 "Şərəf nişanı" ordeni — 19591959 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 19701970
"Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1962 SSRİ Dövlət mükafatı — 19801980 Azərbaycan SSR Dövlət mükafatı — 19821982 "Sənətkar" medalı — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltaraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. 2001-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çalışıb.

Təltif və mükafatları

SSRİ

  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 iyun 1962[⇨]
  • SSRİ Dövlət mükafatı — 31 oktyabr 1980
  • Azərbaycan SSR Dövlət mükafatı — 1982[⇨]
  • "Qırmızı əmək bayrağı" ordeni — 22 avqust 1986
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970

Azərbaycan

  • "Heydər Əliyev" ordeni — 20 dekabr 2017
  • "İstiqlal" ordeni — 20 dekabr 1997
  • "Şərəf" ordeni — 17 dekabr 2012
  • 1-ci dərəcəli "Əmək" ordeni — 20 dekabr 2022
  • Heydər Əliyev Mükafatı — 5 may 2009
  • "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
  • "Birlik ulduzları-2014" mükafatı (MDB) — 9 aprel 2014
  • Üzeyir Hacıbəyli adına mükafat (AMEA) — 18 aprel 2014
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024

10 iyun 2015-ci ildə akademik Ömər Eldarov 2015 Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirmişdir.

Əsərləri

Bu cür əsərlər sırasında şairə Natəvanın (1960, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 77-ci diviziyanın əsgərləri "Azərbaycanın qorxmaz oğul və qızlarına" həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara), Heydər Əliyevin (2001, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən Əliyevin (1988, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989), akademik Zərifə Əliyevanın (1995, Bakı), Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004, Bakı), professor Lütfi Zadənin (2018, Bakı)), bəstəkar Arif Məlikovun (2020, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.

  • Hüseyn Cavidin Bakıda heykəli.
    Hüseyn Cavidin Bakıda heykəli.
  • Xurşidbanu Natəvanın heykəli (Bakı)
    Xurşidbanu Natəvanın heykəli (Bakı)
  • Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi, 2003
    Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi, 2003
  • Üzeyir Hacıbəyovun abidəsi
    Üzeyir Hacıbəyovun abidəsi
  • Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
    Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi

Ailəsi

  • Həyat yoldaşı — Erna Eldarova 13 noyabr 2018-ci ildə vəfat etmişdir.
  • Oğlu — Müslüm Eldarov (1956–2003) heykəltaraş, rəngkar, qrafik rəssam.
  • Gəlini — Oğlu Müslüm Eldarovun həyat yoldaşı Azərbaycan Respublikasının əməkdar rəssamı İrina Eldarova.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ömər Eldarov haqqında məlumat. Ömər Eldarov nədir? Ömər Eldarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kabo Verde

  • Fevral 27, 2026

    Səyyar universitet

  • Fevral 27, 2026

    Rover

  • Fevral 27, 2026

    Eucalyptus bicolor

  • Fevral 27, 2026

    Buldoqkimilər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst