Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasın

Fuad Əbdürəhmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Əbdürəhmanov

Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951).

Fuad Əbdürrəhmanov
Fuad Həsən oğlu Əbdürrəhmanov
Doğum tarixi 11 may 1915
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
(hazırkı Şəki, Azərbaycan)
Vəfat tarixi 15 iyun 1971 (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d] (1935–1940)
Janr portret
Tanınmış işləri
  • Nizami Gəncəvinin heykəli,
  • Azad qadın heykəli
Üzvlüyü
  • SSRİ Rəssamlar İttifaqı
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19551955 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943 "Stalin" mükafatı — 19471947 "Stalin" mükafatı — 19511951
"Şərəf nişanı" ordeni — 19591959 "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

Yaradıcılığı

Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Fuad Əbdürrəhmanovun xatirə lövhəsi (Bakı)

Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar Mikayıl Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.

Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.

Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" Fəxri fərman— 17 iyun 1945
  • Stalin mükafatı (II dərəcə) — 1947 (Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə)
  • Stalin mükafatı (III dərəcə) — 1950 (gips "Çoban" heykəlinə görə)
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 30 aprel 1955
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959; 1960
  • SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı — 1966
  • Medallar

Əsərləri

  • Babək
    Babək
  • İskəndərin Nüşabə ilə görüşü(İskəndərnamə)
    İskəndərin Nüşabə ilə görüşü
    (İskəndərnamə)
  • Nuşirəvan və bayquşların söhbəti(Sirlər Xəzinəsi)
    Nuşirəvan və bayquşların söhbəti
    (Sirlər Xəzinəsi)
  • Leyli və Məcnun mədrəsədə(Leyli və Məcnun)
    Leyli və Məcnun mədrəsədə
    (Leyli və Məcnun)
  • Fərhadın Bisitun dağını yarması(Xosrov və Şirin)
    Fərhadın Bisitun dağını yarması
    (Xosrov və Şirin)
  • Bəhram Gurun əjdahanı öldürməsi(Yeddi Gözəl)
    Bəhram Gurun əjdahanı öldürməsi
    (Yeddi Gözəl)
  • Nizami Gəncəvinin heykəli, Gəncə, 1946
    Nizami Gəncəvinin heykəli, Gəncə, 1946
  • Rudəki heykəli, Düşənbə, 1964
    Rudəki heykəli, Düşənbə, 1964

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Əbdürəhmanov haqqında məlumat. Fuad Əbdürəhmanov nədir? Fuad Əbdürəhmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corylus colurna

  • Fevral 27, 2026

    Quyruqsuzlar

  • Fevral 23, 2026

    23 avqust

  • Fevral 27, 2026

    Keçəçi ailəsi

  • Fevral 27, 2026

    Musa Qasımlı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst