Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015).

Əli İbadullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Əli İbadullayev

Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015).

Əli İbadullayev
Doğum tarixi 11 aprel 1951 (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbi
Stil abstraksionizm
Tanınmış işi
  • Nizami Gəncəvinin heykəli (Roma)
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20152015 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 20062006
ali-ibadullayev.net

Mündəricat

Həyatı

Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil almışdır. 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığı

Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləmişdir. Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı), "Neft mühəndisi Pavel Pototskinin abidəsi" (2015, Krakov, Polşa), "Nar abidəsi" (2015, Göyçay) kimi kompozisiyaları vardır. Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir.

Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.

2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilişdir. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

2017-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin açılışı olmuşdur. Abidənin müəllifləri Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir. 2025-ci ilin 8 dekabrında ABŞ Prezidenti Donald Trampa FIFA Sülh mükafatı hədiyyə edilmişdir. Bu sülh mükafatı Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin miniatür variantıdır.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 dekabr 2015
  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006
  • Beynəlxalq Qırmızı Xaç Komitəsinin mükafatı — 1996
  • "Zirvə" mükafatı — 9 mart 2012

Qalereya

  • "Xocalı" (2011, Berlin)
    "Xocalı" (2011, Berlin)
  • "Nizami Gəncəvinin abidəsi"(2012, Roma)
    "Nizami Gəncəvinin abidəsi"
    (2012, Roma)
  • "Rasim Ocaqovun xatirə lövhəsi"(2013, Bakı)
    "Rasim Ocaqovun xatirə lövhəsi"
    (2013, Bakı)
  • "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi"(2013, Lodz, Polşa)
    "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi"
    (2013, Lodz, Polşa)
  • "Simurq". 2008 (kətan, yağlı boya)
    "Simurq". 2008 (kətan, yağlı boya)
  • "Vulkan". 2010 (kətan, yağlı boya)
    "Vulkan". 2010 (kətan, yağlı boya)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli İbadullayev haqqında məlumat. Əli İbadullayev nədir? Əli İbadullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şüəra məqbərəsi

  • Fevral 27, 2026

    Mahmud Dərviş

  • Fevral 27, 2026

    Xəmis Qəzzafi

  • Fevral 27, 2026

    Sebeos

  • Fevral 27, 2026

    Canaxır

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst