Georgi (Qriqori) Georgiyeviç Şaroyev (rus. Георгий Георгиевич Шароев; 13 iyun 1890, Moskva – 23 may 1969, Bakı) — Azərbaycan-sovet pianoçusu və pedaqoqu, professor (1930), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). O, Azərbaycan musiqi incəsənətində fortepiano ifaçılığı sənətinin banisi hesab edilir.
| Georgi Şaroyev | |
|---|---|
| rus. Георгий Георгиевич Шароев | |
| |
| Ümumi məlumatlar | |
| Digər adı | Qriqori Şaroyev |
| Doğum tarixi | |
| Doğum yeri | Moskva, Moskva quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Uşaqları |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | pianoçu, musiqi pedaqoqu |
| Musiqi aləti | piano |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Georgi Şaroyev 13 iyun 1890-cı ildə Moskva şəhərində anadan olmuşdur. Pianoda ifa etməyi səkkiz yaşında öyrənməyə başlamış, tanınmış müğənni Kamillo Everardidən[rus.] müğənnilik dərsləri almış anası Dariya Qriqoryevna Şaroyeva ilə birlikdə mahnıları ifa etmişdir. 1900-cü ildə Moskva Konservatoriyasına qəbul edilmiş, burada Henrix Paxulski[rus.], Vasili Safonov[rus.], Konstantin İqumnov[rus.] kimi pedaqoqlardan dərslər almışdır. Daha sonra anası ilə Peterburqa köçmüş və buradakı Peterburq Konservatoriyasında ilk öncə professor Mariya Benuanın, sonralar isə Anna Yesipovanın[rus.] şagirdi olmuş və buranı 1915-ci ildə bitirmişdir.
Georgi Şaroyev 1919-cu ildə Bakı Musiqi Texnikumunun direktoru Leonid Nikolayevin[rus.] dəvəti ilə Bakıya gəlmiş, 1920-ci ildən Xalq Konservatoriyasına, 1921-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasına çevrilən bu musiqi məktəbində yarım əsrə yaxın müəllim olmuşdur. O, 1930-cu ildə professor adını almış, 1934–1952-ci illərdə kafedra müdiri olmuş, 1948–1950-ci illərdə burada prorektor işləmişdir. 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. 1934–1935-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbinin təsisçisi və uzun müddət direktoru olmuşdur.
Azərbaycan pianoçularından Kövkəb Səfərəliyeva, Elmira Nəzirova, Qara Qarayev, Vaqif Mustafazadə, Çingiz Sadıqov, Fəridə Quliyeva və başqaları Georgi Şaroyevin tələbələri olmuşlar. Georgi Şaroyev Üzeyir Hacıbəyovun ən yaxın əməkdaşlarından olmuş, onun haqda dəfələrlə mətbuatda xatirələrlə çıxış etmişdir.
Georgi Şaroyev 23 may 1969-cu ildə vəfat etmişdir. Ölümündən sonra, 1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə təsis etdiyi orta ixtisas musiqi məktəbinə adı verilmişdir.
SSRİ xalq artisti, rejissor İoakim Şaroyevin[rus.] (1930–2000), Rusiya Federasiyasının və Ukrayna SSR-in əməkdar incəsənət xadimi, dirijor və skripkaçı Anton Şaroyevin[rus.] (1929–2021) atasıdır.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georgi Şaroyev haqqında məlumat. Georgi Şaroyev nədir? Georgi Şaroyev nə deməkdir?
