Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist,

Kövkəb Səfərəliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Kövkəb Səfərəliyeva

Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972).

Kövkəb Səfərəliyeva
Ümumi məlumatlar
Doğum tarixi 3 yanvar 1907
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 iyun 1985 (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Partnyoru Asəf Zeynallı
Atası Kamil bəy Səfərəliyev
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, pedaqoq
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19721972 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni — 19461946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır.

Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq sonra isə xüsusi fortopiano sinfinin pedaqoqu kimi.

Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç kimlə ailə həyatı qurmayıb.

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952).

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olmuşdur (1937–1952).

Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin mərkəzi hissəsində adına küçə vardır (küçə Üzeyir Hacibəyov küçəsi ilə kəsişir).

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19 aprel 1972[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940[⇨]
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kövkəb Səfərəliyeva haqqında məlumat. Kövkəb Səfərəliyeva nədir? Kövkəb Səfərəliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Misurata

  • Fevral 25, 2026

    27 iyul

  • Fevral 24, 2026

    Yeni media

  • Fevral 23, 2026

    Cekson adası

  • Fevral 23, 2026

    Həndəsə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst