Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940[…], Bakı – 16 dekabr 1979[…], Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti

Vaqif Mustafazadə

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Mustafazadə

Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940[…], Bakı – 16 dekabr 1979[…], Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır.

Vaqif Mustafazadə
Ümumi məlumatlar
Doğum tarixi 16 mart 1940
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 1979 (39 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR, SSRİ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Yasamal qəbiristanlığı
Uşağı
  • Əzizə Mustafazadə
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu
Fəaliyyət illəri 1958–1979
Janr caz-muğam
Musiqi aləti
  • piano
  • elektrogitara
  • zərb alətləri
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19821982
İmzanın şəkli
vagifmustafazadeh.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vaqif Mustafazadənin ifasında bəstəkar Mehriban Əhmədovanın "Düşüncə" kompozisiyası

Mündəricat

Həyatı

İçərişəhərdə Vaqif Mustafazadənin yaşadığı binanın fasadında barelyef
İçərişəhərdə yaşadığı bina

16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.

Tərzi

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.

Yaradıcılığı

  • 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır.
  • 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır.
  • 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edir.
  • 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olmuşdur.
  • 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı almışdır.
  • 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.
  • 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir.

Xatirəsi

Vaqifi Mustafazadə haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.

Ev-muzeyi

Vaqif Mustafazadənin Yasamal qəbiristanlığındakı məzarı

1989-cu ildə ozamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.

Həmçinin bax

  • "Vaqifsayağı" Caz festivalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaqif Mustafazadə haqqında məlumat. Vaqif Mustafazadə nədir? Vaqif Mustafazadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Köçəri

  • Fevral 26, 2026

    Ucar

  • Fevral 27, 2026

    Sarıcalinskilər

  • Fevral 25, 2026

    Hörmüz adası

  • Fevral 27, 2026

    Taliya (muza)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst