Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gəmiqaya petroqlifləri – Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Bu təsvirlər Ordubad rayonu ərazisində, Nəsirvaz kəndindən şərqdə, dəniz səviyy

Gəmiqaya petroqlifləri

  • Ana Səhifə
  • Vikipediya
  • Gəmiqaya petroqlifləri

Gəmiqaya petroqlifləri – Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Bu təsvirlər Ordubad rayonu ərazisində, Nəsirvaz kəndindən şərqdə, dəniz səviyyəsindən 3500–3700 m yüksəklikdə, Kiçik Qafqaz dağlarının ətəklərində, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdu, Qaranquş, Qız-gəlin çuxuru, Göllər və digər yurd yerlərinin ətrafında yerləşən qayalar üzərinə çəkilmişdir.

Gəmiqaya petroqlifləri
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Nəsirvaz kəndi
Aidiyyəti tunc dövrü - dəmir dövrü
Üslubu arxeoloji abidə
Vəziyyəti Açıq səma altında muzey
Rəsmi sayt gemiqaya.nakhchivan.az
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.38
KateqoriyaQayaüstü təsvir
ƏhəmiyyətiDünya əhəmiyyətli
39°09′31″ şm. e. 45°55′28″ ş. u.HGYO
Xəritə
Gəmiqaya petroqlifləri (Azərbaycan)
Nöqtə
Gəmiqaya petroqlifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Gəmiqaya təsvirlərinin tarixi yalnız müqayisəli araşdırmalar və təsvirlərin çəkilmə texnikası əsasında müəyyənləşdirilmişdir. Gəmiqaya təsvirləri köçmə məldarlığın inkişafı ilə bağlı ortaya çıxmışdır. Araşdırmalar Naxçıvanda köçmə maldarlığın e. ə. VII minilliyin ikinci yarısında, təqribən 10 min il bundan əvvəl meydana gəldiyini deməyə imkan verir. Gəmiqaya təsvirlərinin keramika məmulatı üzərindəki təsvirlərlə müqayisəli təhlili ilk rəsmlərin Neolit və Eneolit dövründə ortaya çıxdığını deməyə imkan verir. Ancaq Gəmiqayada Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid təsvirlər də vardır.

Tədqiqi

Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq edilməkdədir. Təsvirlər burada tədqiqat aparan geoloqların diqqətini cəlb etmiş və ondan sonra tarixçilər tərəfindən tədqiq edilməyə başlamışdır. Gəmiqaya təsvirləri ilk dəfə professor Vəli Əliyev tərəfindən araşdırılaraq nəşr edilmişdir. 1990-cı ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra bədxah qonşularımızın ərazi iddiaları, tarixi abidələrimizin, o cümlədən Gəmiqaya təsvirlərinin tarixini və mədəni kimliyini saxtalaşdırmağa cəhd etməsi, onların tədqiqini yenidən aktuallaşdırmışdır. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev 2002-ci il iyunun 15-də Naxçıvan Olimpiya İdman Kompleksinin açılışında Gəmiqaya təsvirlərinin tədqiqinin vacibliyini vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 26 aprel 2001-ci ildə "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra 2001–2005-ci illərdə Gəmiqayada arxeoloji ekspedisiyalar fəaliyyət göstərmiş, hərtərəfli tədqiqatlar aparılmağa başlanılmış, müxtəlif təsvirlər aşkar edilmişdir. Tədqiqat nəticəsində Gəmiqaya təsvirləri ilə bağlı onlarla monoqrafiya, yüzlərlə məqalə nəşr edilmişdir. Gəmiqaya ilə bağlı Vəli Əliyev, Vəli Baxşəliyev, Nəcəf Müseyibli, Vilayət Kərimov, Abbas Seyidov və digər tədqiqatçıların monoqrafiyası nəşr olunmuşdur. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən "Gəmiqaya ekspedisiyası" yaradılmış və ekspedisiya üzvləri əraziyə ezam edilmişdir. Ekspedisiyanın üzvləri Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyinin əməkdaşları ilə birgə Qapıcıq zirvəsinin şimal-qərbindəki Neftli, Aşağı və Yuxarı Bacalar deyilən yerlərdən başlayaraq zirvənin qərbindəki Göllər, Qaranquş yaylağı, cənub-qərbindəki Nuh-Nəbi yurdu və Nazağa, Qapıcıq zirvəsinin cənubundakı Parağaçay dərəsində yerləşən Qız-gəlin çuxuru adlanan yaylaqlardakı qayaüstü rəsmləri qeydiyyata almışlar. 2040 daş üzərində qayaüstü təsvirin olduğu müəyyən olunmuşdur. Araşdırmaların nəticələri "Gəmiqaya qayüstü rəsmləri" kitabında nəşr olunmuşdur.

Təsvirlərin təhlili

Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Gəmiqaya təsvirləri arasında astral rəsmlər, heyvan təsvirləri, insan rəsmləri vardır. Bəzi rəsmlər müxtəlif rəsmlərin kompozisiyasından ibarət olub ov səhnələrini, insanların səma cimlərinə, heyvanlara sitayişini, ovsun və ovla bağlı ritual hərəkətləri əks etdirir. Bu təsvirlər arasında heyvanların mübarizəsi səhnəsi xüsusilə diqqətəlayiqdir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. Astral rəsmlər Günəş, Ay, Venera və digər Göy cisimlərini simvolizə edir. Bu təsvirlər Naxçıvanda məskunlaşan əkinçi — maldar tayfaların inancları ilə bağlıdır. Tədqiqatlar Veneranı simvolizə edən rəsmlərin ekizlik kultu ilə bağlı olduğunu göstərir.

Ümumiyyətlə, Gəmiqaya rəsmlərinin araşdırılması onların dərin mifoloji məzmuna sahib olduğunu, bu mifologiyanın türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin ideoloji görüşləri ilə sıx bağlı olduğunu göstərir. Gəmiqaya təsvirlərində mifoloji obrazların aydın ifadəsi ilə rastlaşırıq. Dərin mifoloji məzmun daşıyan mürəkkəb kompozisiyalar insanların min illər boyu formalaşan ideoloji təsəvvürləri ilə bağlıdır. Gəmiqaya təsvirlərində animizm, maqiya və totemizmlə bağlı inanclar da qorunub saxlanılmışdır. İbtidai ideologiyanın əsasında duran bu inanclar tədricən bitkin düşüncə tərzinə çevrilmişdir. Qədim sənət əsərlərinin tədqiqi Naxçıvanda formalaşan mədəniyyətlərin Ön Asiya mədəniyyətləri ilə qarşılıqlı əlaqədə inkişaf etdiyini göstərir. Ön Asiya mədəniyyətinin Qafqaz üzərindən şimala doğru yayıldığı çoxsaylı arxeoloji tapıntılarla sübut olunur. Ön Asiya mədəniyyətinin təsirini qoruyub saxlayan Gəmiqaya təsvirləri bir daha sübut edir ki, Azərbaycan ərazisi qədim mədəniyyətlərin şimala yayılmasında bir körpü rolunu oynamışdır.

Ədəbiyyat

  1. Vəli Əliyev. Gəmiqaya abidələri. Bakı. 1993.
  2. Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri. Bakı. 2003.
  3. Vəli Baxşəliyev. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı. 2004.
  4. N. Müseyibov. Qobustan və Gəmiqaya işarələrindəki bir qrup işarələr haqqında ("Azərbaycanın
  5. qədim və orta əsrlər tarixinin problemləri" kitabında) Bakı. 1992. s. 26–27.
  6. N. Müseyibli. Gəmiqaya. Bakı. 2004.
  7. N. Alıyev. Gəmiqaya qayaüstü rəsmləri. Naxçıvan. 2020.

Həmçinin bax

  • Gəmiqaya (film, 1981)
  • Nəhəcir abidələr kompleksi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəmiqaya petroqlifləri haqqında məlumat. Gəmiqaya petroqlifləri nədir? Gəmiqaya petroqlifləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kvemo Kartli

  • Fevral 27, 2026

    Hidravlik press

  • Fevral 26, 2026

    İbadət (islam)

  • Fevral 27, 2026

    Microsoft Access

  • Fevral 27, 2026

    Riqoletto

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst