Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür.
| Qız-gəlin dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3017 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət | |
Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı subvulkanik kütlənin əmələ gətirdiyi piramidavari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Həmçinin bax
- Almalıdağ
- Xarxat dağı
- Keçəltəpə
- Arısu
- Güllüdağ
- Gədikdağ
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qız-gəlin dağı haqqında məlumat. Qız-gəlin dağı nədir? Qız-gəlin dağı nə deməkdir?