Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keramika — çox qədim zamanlardan məlum olan, qeyri-üzvi maddələrin birgə bişirilməsi (sinterlənməsi) sayəsində əldə edilən polikristallik bərk materialdır. Kera

Keramika

  • Ana Səhifə
  • Vikipediya
  • Keramika

Keramika — çox qədim zamanlardan məlum olan, qeyri-üzvi maddələrin birgə bişirilməsi (sinterlənməsi) sayəsində əldə edilən polikristallik bərk materialdır. Keramika tikinti materialları, ev əşyaları ilə bərabər maşınqayırmada da geniş tətbiq olunur. Bu sahədə tətbiq olunan keramik materiallara texniki keramika deyilir. Texniki keramikanın mexaniki xassələri onun tətbiq sahəsindən asılı olaraq optimallaşdırılır. Maşınqayırmada tətbiq sahələrindən biri də mexaniki emaldır. Burada keramika kəsici alət materialı kimi istifadə olunur. Kəsici keramika üç növə bölünür: oksidkeramika, oksidsiz keramika və qarışıq keramika.

Keramik su qabları, XİX əsr

Oksidkeramika saf aluminium-oksiddən (Al2O3) ibarət olur. O, hal-hazırda ən geniş yayılmış keramik kəsici alət materialı sayılır (tətbiq sahəsi: 2000°C-yə qədər). Yüksək yeyilməyə davamlığına görə incə emalda tətbiq olunur. Zərbələrə həssas olduğundan kobud emalda istfadəsi mümkün deyil.

Keramikanın ən yaxşı nümunələri müxtəlif dövrlərdə xalqların yüksək nailiyyətlərini əks etdirir. Terrakota, mayolika, çini və s. keramikanın əsas texnoloji növlərindəndir.

Qazıntılar zamanı Göytəpənin bütün təbəqərində keramika nümunələrinə rast gəlinir. Saxsı məmulatının gili müxtəlif tərkibli olub əsasən bitki və mineral qatışıqlıdırlar. Bitki və mineral terkibli keramika demek olar ki, say etibarilə eynidir. Mineral tərkibli keramika əsasən abidənin alt qatında üstünlük təşkil edir və üst qata doğru tədricən azalır. Forma verən keramika parçalarının təhlilindən məlum olur ki, oturacaqları düz, qalın divarlı, konusvari və əyri formalı küplər, dopular, dərin xeyrələr, qulpları olmayan kiçik qablar Göytəpə sakinlərinin istifadə etdiyi əsas mətbəx qab-qacağı olmuşdur. Keramika məmulatının səthlərinin texniki işlənilməsi çox bəsit formada aparılmışdır.

Keramika qabların üzərində yapma üsulu ilə düzəldilmiş naxış nümunələrinə də rast gəlinir. Bunların içərisində ən çox istifadə olunmuş naxışlar, qabların ağız kənarını, bəzəyən bir, bəzən isə iki və ya üç uzun sov məməciklər, dalğavari xəttlər, dairəvi və yarımdairəvi, üçbucaq formalı yapmalardır. Bundan əlavə, abidənin üst qatında ağız hissəsi boyalı olan yaxşı bişirilmiş keyfiyyətli keramika nümunələrinə də rast gəlinmişdir. Qabların boyanmasında əsasən qırmızı və ya qırmızımtıl-qəhvəyi rəngli boyalardan istifadə olunmuşdur. Ehtimal etmək olar ki, Göytəpə dulusçuları boyaları yerli xammal olan oxra və ya gematitdən alırdılar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keramika haqqında məlumat. Keramika nədir? Keramika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sifilis

  • Fevral 27, 2026

    Tərlan Seyidov

  • Fevral 27, 2026

    Arxilox

  • Fevral 25, 2026

    Qrinviç saatı

  • Fevral 27, 2026

    Repressiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst