Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə onu dövrəyə

Gümüşgöl əfsanəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Gümüşgöl əfsanəsi

Gümüşgöl əfsanəsi — rejissor Eldar Quliyevin 1984-cü ildə çəkdiyi bədii film.

Gümüşgöl əfsanəsi
rus. Легенда Серебряного озера
Janr Dram
Komediya
Məhəbbət
Rejissor Eldar Quliyev
Ssenari müəllifləri Eldar Quliyev, İsi Məlikzadə
Baş rollarda Eldəniz Rəsulov-Fərid
Yelena Seropova-Leyli
Mətanət Atakişiyeva-Nərgiz
Şükufə Yusupova-Səidə
Kamil Zöhrabov-Dəmir
Etibar Rəhimov-Rza
Həsənağa Turabov-Ağazəki
Operator Rafiq Qəmbərov
Bəstəkar Müslüm Maqomayev
Rəssam Mayis Ağabəyov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 2 may, 1985
Filmin növü tammetrajlı bədii film
Müddət 92 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Rus dili
İl 1984
Texniki məlumatlar 10 hissə
2640 metr
genişekranlı
35 mm
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri Bakı
IMDb ID2514288

Mündəricat

Məzmun

Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə onu dövrəyə alıb maşınların işığını onun üstünə tuturlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də hadisədən bir gün əvvəl tədqiqat apardığı institutdan ona bildirilmiş ezamiyyət təklifini dərhal qəbul edib, uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidə Nəbiyevanın (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: "Hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər." Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə - Leylinin ardınca gedir…

Bu film xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.

Film haqqında

  • Film aktrisa Mətanət Atakişiyevanın kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Eldar Quliyev, İsi Məlikzadə
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Müslüm Maqomayev
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Akif Rüstəmov
Montaj edən : Tahirə Babayeva
Operator : V. Romanov
Geyim rəssamı : Afət Məmmədova
Dekor rəssamı : Asif Məmmədov
Qrim rəssamı : V. Arapov
Rejissor-stajçı : Nicat Feyzullayev
Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, Fərid Hümbətov
Operator assistenti : N. Zəkiyev, Abbas Rzayev (operator)
Rəssam assistenti : Adil Azay
Redaktor : Toğrul Cuvarlı
Məsləhətçi : R. Abbasov (milis podpolkovniki)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : Konstantin Krimets
Filmin direktoru : Tələt Rəhmanov
İfasından istifadə edilən müğənni : Maykl Cekson (Thriller və Wanna Be Startin' Somethin') (titrlərdə yoxdur)

Rollarda

Eldəniz Rəsulov-Fərid
Yelena Seropova-Leyli
Mətanət Atakişiyeva-Nərgiz
Şükufə Yusupova-Səidə
Kamil Zöhrabov-Dəmir
Etibar Rəhimov-Rza
Həsənağa Turabov-Ağazəki
Fikrət Quliyev-Səfər
Ağahüseyn Kərimov-muzeyin müdiri Abbas Mamedoviç
Zöhrə Şirinova-katibə
Fikrət Məmmədov-Arif
Sofa Bəsirzadə-Sofa xanım
Ramiz Əzizbəyli-Tofiq
Naibə Şirinova-Saranın bacısı
Süleyman Əhmədov-pivə içən
R. Qorelman
Şəmsi Şəmsizadə
K. Qurbanov
Firəngiz Şərifova-Fatma
Firəngiz Rəhimbəyli-müğənni

Filmi səsləndirənlər

Əli Zeynalov-Abbas (Ağahüseyn Kərimov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-katibə (Zöhrə Şirinova) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Rza (Etibar Rəhimov) (titrlərdə yoxdur)
Ötkəm İsgəndərov-Dəmir (Kamil Zöhrabov) (titrlərdə yoxdur)

Şəkil

Maraqlı faktlar

Filmin son epizodlarından birində, dostların diskoteka məclisində Maykl Ceksonun "Wanna be starting something" adlı mahnısı istifadə olunmuşdur.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gümüşgöl əfsanəsi sözünün mənası, gümüşgöl əfsanəsi haqqında məlumat. gümüşgöl əfsanəsi nədir? gümüşgöl əfsanəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Maliyyəçi

  • Fevral 27, 2026

    Samuy adası

  • Fevral 27, 2026

    Alberto Cakometti

  • Mart 01, 2026

    Paskal Paoli

  • Fevral 27, 2026

    Əhməd Salahov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst