Salahov Əhməd Məmməd oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).
| Əhməd Salahov | |
|---|---|
| Doğum adı | Əhməd Məmməd oğlu Salahov |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Fəaliyyəti | aktyor |
| Mükafatları | |
| IMDb | ID0757453 |
Həyatı
Əhməd Salahov 22 fevral 1964-cü ildə Bakıda anadan olub. 172 saylı məktəbdə orta təhsil alıb. 1988-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib. Gənc Tamaşaçılar Teatrında (1988-1991) çalışıb. “Ölüm Cəzası” (Lenfilm, 1986), “Kişilər Ağlamır” (2003, serial, Mosfilm)” filmlərində çəkilib. 13-cü Ümumittifaq kinofestivalının laureatı (1986), əməkdar artist (2002) Əhməd Salahov 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
Filmoqrafiya
- Bakı oğrusu
- Bəyaz həyat (film, 2003)
- Bircəciyim (film, 1986)
- Əlvida (film, 2007)
- Həyat varsa... (serial, 2012-2014)
- Kənar adamlar (film, 1992)
- Qaydasız döyüş (film, 2009)
- Nizami (film, 1982)
- Ruhun abidəsi (film, 2003)
- Sonun başlanğıcı (film, 2013)
- Sən həmişə mənimləsən (film, 1987)
- Şəbəkə (film, 2011)
- Toy gecəsi (serial, 2013)
- Yaddaş (film, 2010)
- Yaradılış hikməti (film, 2003)
- Zirzəmi (film, 1990)
- Cehizsiz gəlinlər (serial, 2016)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Salahov haqqında məlumat. Əhməd Salahov nədir? Əhməd Salahov nə deməkdir?