Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[…], Geri, İndiana – 25 iyun 2009[…], Los-Anceles, Kaliforniya[…]) — amerikalı müğənni, bəstəkar,

Maykl Cekson

  • Ana Səhifə
  • Vikipediya
  • Maykl Cekson

Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[…], Geri, İndiana – 25 iyun 2009[…], Los-Anceles, Kaliforniya[…]) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. O, musiqi, rəqs və moda sahəsində gördüyü işlərlə, eləcə də şəxsi həyatı ilə bütün dünyada məşhurlaşıb.

Maykl Cekson
ing. Michael Jackson
Ümumi məlumatlar
Doğum adı Michael Joseph Jackson
Doğum tarixi 29 avqust 1958(1958-08-29)[…]
Doğum yeri
  • Geri, Leyk Kaunti[d], İndiana, ABŞ
Vəfat tarixi 25 iyun 2009(2009-06-25)[…] (50 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[…]
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Atası Cozef Cekson
Anası Ketrin Cekson
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-bəstəkar, iş adamı, musiqi prodüseri, mahnı yazarı[d], musiqiçi, rəqqas, xeyriyyəçi, avtobioqraf[d], aktyor, sahibkar, bəstəkar, xoreoqraf, müğənni
Fəaliyyət illəri 1964–2009
Janrlar pop musiqisi, ritm-n-blyuz, hard-rok, soul, rəqs musiqisi[d], disko, rok, blüz, fank[d], hip-hop[d], black contemporary[d], dans-pop
Musiqi alətləri zərb alətləri, piano[…], zərb qurğusu[d]
Səs tembri tenor
Albom şirkətləri Epic Records, Sony Music[d], Motown[d], Legacy Recordings[d], Universal Music Group
Üzvlüyü
  • Cekson 5
Mükafatları Officer of the National Order of Merit — 1992
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı — 2010
İmzanın şəkli
michaeljackson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiana ştatının Geri şəhərində anadan olan Maykl Cekson musiqi karyerasına uşaq yaşlarında qardaşları ilə birlikdə yaradılan "The Jackson 5" qrupunun üzvü kimi başlamışdır. Qrup 1968-ci ildə Motown şirkəti ilə müqavilə bağlayır və Mayklın seçilən ifaları sayəsində tez bir zamanda məşhur olur. 1971-ci ildə Maykl Cekson solo sinqllar buraxaraq yeni zirvələrə doğru irəliləyir. 1979-cu ildə debüt albomu olan "Off the Wall"-u çıxraraq özünü dünyaya tanıdır. İkinci albomu olan "Thriller"-i 1982-ci ildə buraxır.

1980-ci illərin sonlarında Ceksonun görünüşü, münasibətləri, davranışı və həyat tərzi mübahisə və fərziyyə mövzusuna çevrilir. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunurdu. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmədi. O, 2005-ci ildə çox sayda uşağı cinsi istismar etməkdə təqsirli bilinirdi. Lakin FTB Maykl Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmadı.

2009-cu ildə yeni konsertləri ilə səhnələrə qayıtmağa hazırlaşan Maykl Cekson propofolun həddindən artıq dozası nəticəsində vəfat edir. Ona bu dərmanı qəbul etməyi məsləhət görən şəxsi həkimi Konrad Mürrey onun ölümünə səbəb olmaqda ittiham olunaraq məsuliyyətə cəlb olunur. Maykl Ceksonun Los-Ancelesdəki Steypls-sentrdə baş tutan canlı anım mərasimini televiziya vasitəsilə təqribən 2,5 milyarddan artıq tamaşaçı izlədiyi deyilir.

Maykl Cekson bütün zamanların ən çox musiqi satan sənətçiləri arasındadır. Təxmini olaraq dünya miqyasında 400 milyondan çox albom satışı etmişdir. Onun aldığı mükafatlara daxildir: 15 "Qremmi" mükafatı", 6 "Brit" mükafatı, 1 "Qızıl Qlobus" mükafatı və 39 "Ginnesin Rekordlar Kitabı".

Maykl Cekson tarixdə altı onillik ərzində "Billboard" çartının ilk onluğuna düşən ilk sənətçi olub.

Mündəricat

Həyatı və karyerası

İlk illər və Jackson 5 (1958–1975)

The single-story house has white walls, two windows, a central white door with a black door frame, and a black roof. In front of the house there is a walkway and multiple colored flowers and memorabilia.
Ceksonun uşaqlıq vaxtlarında yaşadığı evi (2010-cu ildə çəkilib)

Maykl Cozef Cekson 29 avqust 1958-ci ildə İndiana ştatının Geri şəhərində doğulmuşdur. O, afroamerikalı işçi ailəsinin on uşağından səkkizincisi idi və Cekson küçəsində yerləşən iki yataq otağı olan evdə yaşayırdı. Onun anası Ketrin Eşter Cekson klarnet və piano ifa edə bilirdi və kantri ifaçısı olmağa can atırdı. Anası "Sears"da part-taym işləyirdi, bundan əlavə Yehovanın Şahidlərinin üzvü idi. Atası, keçmiş boksçu Cozef Uolter "Co" Cekson "US Steel"də kran operatoru idi və ailənin gəlirini artırmaq üçün yerli ritm və blüz qrupu olan Falcons ilə gitara çalırdı. Conun ulu babası Cul "Cek" Qeyl ABŞ ordusunun kəşfiyyatçısı idi; ailə həmçinin onun yerli amerikalı həkimi ola biləcəyinə inanırdı. Maykl üç bacısı (Ribi, Latoya və Canet) və beş qardaşı (Ceki, Tito, Cermeyn, Marlon və Rendi) ilə böyümüşdür. Altıncı qardaşı Marlonun əkizi Brendon doğulduqdan qısa müddət sonra vəfat etdi.

1964-cü ildə Maykl və Marlon, Jackson Brothers-a—Ceki, Tito və Cernmeynin daxil olduğu ataları tərəfindən yaradılmış qrupa—konqa və buben çalan ehtiyat musiqiçilər kimi qoşuldular. Mayklın dediyinə görə onun atası ona "böyük burun" deyirdi və məşqlər zamanı ona fiziki və emosional təzyiq göstərirdi. Atası Co tez-tez o, bacı-qardaşları ilə məşq edərkən əlində kəmərlə kresloda otururdu və etdikləri istənilən səhvə görə onları cəzalandırmağa hazır idi. Co etiraf etdi ki, o, Mayklı müntəzəm olaraq döyürdü. Maykl gənclik illərin tənha və təcrid olunmuş şəkildə keçirdiyini bildirdi.

1965-ci ildə Maykl Cermeyn ilə əsas vokalları paylaşmağa başladı və qrupun adı The Jackson 5 olaraq dəyişdirildi. 1965-ci ildə qrup istedad şousunda qalib gəldi; Maykl Robert Parkerin 1965-ci ildə ifa etdiyi "Barefootin'" mahnısına rəqs etdi və The Temptations qrupunun "My Girl" mahnısını oxudu. Jacksons 5 1966-cı ildən 1968-ci ilə qədər orta qərbi ABŞ-də səfərlər etdi ; onlar tez-tez Sem və Deyv, The O'Jays, Qledis Nayt və Etta Ceyms kimi sənətçilərin açılış mərasimin baş tutduğu "Chitlin' Circuit" kimi tanınan bir sıra qara klublarda çıxış etdilər. Jacksons 5, həmçinin striptiz şoularının nümayiş olunduğu klublarda və kokteyl salonlarında, yerli auditoriyalarda və orta məktəb rəqslərində çıxış etdi. Onlar 1967-ci ilin avqustunda Şərq Sahili səfərində, Harlemdəki Apollo Teatrında həftəlik həvəskar gecə konsertinin qalibi oldular.

The Jackson 5 1972-ci ildə.

The Jackson 5 Geridəki rekord leyblı "Steeltown Records" üçün bir neçə mahnı yazdı; onların ilk sinqlı "Big Boy", 1968-ci ildə buraxıldı. Bobby Taylor & the Vancouvers qrupundan Bobbi Teylor, 1968-ci ildə Çikaqonun Regal Teatrında onların açılış konsertinə dəstək olan The Jackson 5-i "Motown"a gətirdi. Teylor "Who's Lovin' You" mahnısı da daxil olmaqla onların bəzi mahnılarının prodüserliyini etdi. Motown ilə müqavilə bağladıqdan sonra Cekson ailəsi Los-Ancelesə köçdü. 1969-cu ildə Motown idarəçiləri Dayana Rossdan The Jackson 5-i ictimaiyyətə təqdim etməsini istədilər. The Jackson 5 ilk televiziya çıxışını 1969-cu ildə Miss Black America yarışmasında etdi, onlar "It's Thing" mahnısının koverini ifa etdilər. Bunun ardınca Rolling Stone gənc Mayklı "möhtəşəm musiqi istedadı"na görə təriflədi.

Diskoqrafiya

  • Got to Be There (1972)
  • Ben (1972)
  • Music & Me (1973)
  • Forever, Michael (1975)
  • Off The Wall (1979)
  • Thriller (1982)
  • Bad (1987)
  • Dangerous (1991)
  • HIStory: Past, Present and Future, Book I (1995)
  • Blood on the Dance Floor: HIStory in the Mix (1997)
  • Invincible (2001)
  • Michael (2010)
  • Xscape (2014)

Filmoqrafiya

  • The Wiz (1978)
  • Michael Jackson's Thriller (1983)
  • Captain EO (1986)
  • Moonwalker (1988)
  • Michael Jackson: The Legend Continues (1989)
  • Michael Jackson's Ghosts (1997)
  • Men in Black II (2002)
  • Miss Cast Away and the Island Girls (2004)
  • Michael Jackson's This Is It (2009)
  • Bad 25 (2012)
  • Michael Jackson's Journey from Motown to Off the Wall (2016)
  • Thriller 40 (2023)
  • Michael (2026)

Turlar

  • Triumph Tour (1980–1981)
  • Victory Tour (1984–1985)
  • Bad World Tour (1987–1989)
  • Dangerous World Tour (1992–1993)
  • HIStory World Tour (1996–1997)
  • This Is It (2009–2010)

Həmçinin bax

  • Just Good Friends

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maykl Cekson haqqında məlumat. Maykl Cekson nədir? Maykl Cekson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    25 mart

  • Fevral 27, 2026

    Kütlə vahidləri

  • Fevral 27, 2026

    Psixi pozuntu

  • Fevral 27, 2026

    Mikayıl Rəfili

  • Fevral 23, 2026

    Xalqlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst