Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və m

Paskal Paoli

  • Ana Səhifə
  • Vikipediya
  • Paskal Paoli

Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir.

Paskal Paoli
fr. Pascal Paoli
kors. Pasquale de Paoli
Doğum tarixi 6 aprel 1725(1725-04-06)
Vəfat tarixi 5 fevral 1807(1807-02-05) (81 yaşında)
Vəfat yeri
  • London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Fəaliyyəti siyasətçi, zabit
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1774)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır.

Pasquale Paolinin büstü, Vestminster abbatlığı, London.

Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı. 1793-cü ildə Fransa ilə münasibətləri pozulduqda, bir daha müstəqillik uğrunda mübarizə apardı və ingilislərin dəstəyi ilə 1794-cü ildə fransızları adadan qovmağı bacardı. Sonra ada İngilislərin himayəsinə keçdi və ser Gilbert Elliot Korsikanın ümumi qubernatoru təyin edildi. Elliotun onu deyil, Pozzo di Borgonu özünə baş məsləhətçi seçməsi onu məyus etdi. Paoli daxili çəkişmələrə səbəb olmaq istəmədiyi üçün 1795-ci ildə İngiltərəyə getdi. Ömrünün qalan hissəsini İngiltərə hökumətindən aldığı pensiya ilə keçirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paskal Paoli haqqında məlumat. Paskal Paoli nədir? Paskal Paoli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Fridman

  • Mart 01, 2026

    Reynolds ədədi

  • Fevral 23, 2026

    Çənəsiqıllılar

  • Fevral 27, 2026

    Fətullah Gülən

  • Fevral 27, 2026

    Kaspiana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst