Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Əzizbəyli (20 iyul 1948, Bakı – 9 iyun 2021, Bakı) — Azərbaycan kino rejissoru aktyor və Azərbaycanın xalq artisti (2008), professor, Azərbaycan Dövlət Mə

Ramiz Əzizbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Əzizbəyli

Ramiz Əzizbəyli (20 iyul 1948, Bakı – 9 iyun 2021, Bakı) — Azərbaycan kino rejissoru aktyor və Azərbaycanın xalq artisti (2008), professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni (2018), "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı.

Ramiz Əzizbəyli
Ramiz Hacı Ağa oğlu Əzizbəyli
Doğum tarixi 20 iyul 1948(1948-07-20)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 iyun 2021(2021-06-09) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Ümumşəhər qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20082008 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
"Şöhrət" ordeni — 20182018
IMDb ID0044317

Mündəricat

Həyatı

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M. A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Ölümü

Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Sənətkar Ümumşəhər qəbiristanlığınida dəfn edilib.

Ramiz Əzizbəylinin məzarı

Filmoqrafiya

  1. 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100) - rol: satıcı
  2. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  3. 777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129)
  4. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-filmi səsləndirən: Eldar (Yaşar Nuri)
  5. Adi əhvalat (film, 1991)(qısametrajlı bədii süjet-Mozalan № 161)-səs: liftçi
  6. Axtaran tapar (film, 1980) - film səsləndirən: satıcı (Kamil Məhərrəmov)
  7. Alıcının sərgüzəşti (film, 1976) - rol: satıcı
  8. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: satıcı; səsləndirən: Həsən (Rauf Gözəlov)
  9. Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: Leon Montaşev; səsləndirən: Əbilov (Şahin Cəbrayılov)
  10. Arayış (film, 1986) - rol: həkim
  11. Arvadım mənim, uşaqlarım mənim (film, 1978) - rol: Səfər
  12. Asif, Vasif, Ağasif (film, 1983) - rol: milis nəfəri
  13. Aşkarsızlıq şəraitində... (film, 1986) - film səsləndirən: gözətçi(Məbud Məhərrəmov),Krultsov(Xerardo Kontrares)
  14. Bağ mövsümü (film, 1985) - rol: Əmirqulu
  15. Bayquş gələndə... (film, 1978) - film səsləndirən: Vasif (Fikrət Məmmədov)
  16. Belə də olur (film, 1988)
  17. Bəlkə... (film, 1985)
  18. Bəxt üzüyü (film, 1991) - ssenari müəllifi,quruluşçu rejissor,mahnı ifa edən,rol: sərxoş,film səsləndirən: milis nəfəri(Arif Quliyev),qatıqsatan
  19. Bəyin oğurlanması (film, 1985) - rol: İsabala
  20. Bir məhəllədən iki nəfər (film, 1957) - rol: ayaqyalın uşaq
  21. Bir nömrəli... (film, 1980)
  22. Biz qayıdacağıq (film, 2007) - film səsləndirən: Çəkməçi (Firuz Xudaverdiyev)
  23. Bizim küçənin oğlanları (film, 1973) - rol: məhəllə sakini,film səsləndirən: Tofiq (Salam İsmayıl)
  24. Buta (film, 2011) - film səsləndirən: Baba (Rafiq Əzimov)
  25. Cavid ömrü (film, 2007) - rol: Cavidin atası
  26. Cin mikrorayonda (film, 1985) - mahnı ifa edən,rol: Tofiq,film səsləndirən: Cin (Rəşid Mahmudzadə)
  27. Çexski unitaz (film, 1985)
  28. Çıxış yolu (film, 1984)
  29. Daha bir fənd (film, 1978)
  30. Dərviş Parisi partladır (film, 1976) - rol: nökər
  31. Əcəmi Naxçıvani (film, 1976) - Mahnı ifa edən
  32. Əhməd haradadır? (film, 1983)
  33. Əlavə təsir (film, 2010) - rol: psixoloq Ramiz Qurbanov
  34. Əmək və qızılgül (film, 1962) - rol: Şəpi
  35. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  36. Fədailər (film, 1986)
  37. Fənd (film, 1978)
  38. Foto həvəskarı (film, 1985)
  39. Gecəniz xeyrə qalsın (film, 1977)
  40. Gedərgəlməz (film, 1984)
  41. Gedərsən bizə... (film, 1990)
  42. Gözlə məni (film, 1980) - film səsləndirən: nökər (Kamil Məhərrəmov)
  43. Güllələnmə təxirə salınır!... (film, 2002) - film səsləndirən: "Eynəkli" (İbrahim Əliyev)
  44. Gümüşgöl əfsanəsi (film, 1984) - rol: Tofiq
  45. Güzgü (film, 1990)(II) - rol: Nəsir
  46. Halal pullar (film, 2008)
  47. Hədiyyə (film, 1974)
  48. Hədiyyə (film, 1986)
  49. Xəbərdarlıq (film, 1985)
  50. Xüsusi vəziyyət (film, 1986)
  51. İbrət dərsi (film, 1984)
  52. İlişdim (film, 1983)
  53. İntizam (film, 1983) - rol: Babayevin tanışı
  54. İşarəni dənizdən gözləyin (film, 1986) - rol: Mustafa
  55. İşgüzar adamlar (film, 1977)
  56. Jonqlyor (film, 1986)
  57. Kişiləri qoruyun (film, 2006)
  58. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  59. Köhnə bərə (film, 1984) - rol: Kərim
  60. Kommersiya (film, 1992)
  61. Kontor (film, 1978)
  62. Qanlı zəmi (film, 1985) - rol: Koxa
  63. Qara "Volqa" (film, 1994) - film səsləndirən: Əbdülxalıq (Süleyman Əhmədov)
  64. Qayınana (film, 1978) - film səsləndirən: Alverçi (Kamil Məhərrəmov)
  65. Qəm pəncərəsi (film, 1986)
  66. Qərib cinlər diyarında (film, 1977)
  67. Qəzəlxan (film, 1991)
  68. Qızıl uçurum (film, 1980)
  69. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  70. Qorxma, mən səninləyəm
  71. Qovğalı kəndinin gecələri (film, 2008)
  72. Layiqli namizəd (film, 1984)
  73. Məğlubedilməzlər (film, 1983)
  74. Mən mahnı qoşuram (film, 1979)
  75. Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
  76. Mübadilə (film, 1983)
  77. Müqavilə (film, 1978)
  78. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  79. Musiqi müəllimi (film, 1983)
  80. Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
  81. Orijinal üsul (film, 1983)
  82. Otel otağı (film, 1998) - rol: Müğənni
  83. Ölsəm... bağışla (film, 1989)
  84. Ömrün səhifələri (film, 1974)
  85. Park (film, 1983)
  86. Pirverdinin xoruzu (film, 1987)
  87. Poliqlotlar (film, 1974)
  88. Putyovka (film, 1975)
  89. Sınaq (film, 1985)
  90. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  91. Sübhün səfiri (film, 2012)
  92. Şahid qız (film, 1990)
  93. Şeytan göz qabağında (film, 1987)
  94. Şir evdən getdi (film, 1977)
  95. Talada ev (film, 1986)
  96. Telefon macəraları (film, 1990)
  97. Təhminə (film, 1993)
  98. Tətil (film, 1991)
  99. Təzə evlənənlər üçün çətir (film, 1986) (dublyaj; rol: Tolya)
  100. Uğurlu təyinat (film, 1984)
  101. Üzeyir ömrü (film, 1981)
  102. Yaxşı qurtardıq (film, 1985)
  103. Yalan (film, 2005)
  104. Yanğın (film, 1975)
  105. Yol əhvalatı (film, 1980) - film səsləndirən: Paşa (Kamil Məhərrəmov)
  106. Yuxu (film, 2001) - film səsləndirən: Əliabbas (İlham Qasımov)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Əzizbəyli haqqında məlumat. Ramiz Əzizbəyli nədir? Ramiz Əzizbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhsən ət-təvarix

  • Fevral 27, 2026

    Fabian

  • Fevral 17, 2026

    Sürix

  • Fevral 24, 2026

    Entalpiya

  • Fevral 27, 2026

    Dəniz quldurluğu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst