Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gültəkin Məlik qızı Əsgərova (20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakç

Gültəkin Əsgərova

  • Ana Səhifə
  • Vikipediya
  • Gültəkin Əsgərova

Gültəkin Məlik qızı Əsgərova (20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Gültəkin Əsgərova
Gültəkin Məlik qızı Əsgərova
Doğum tarixi 20 noyabr 1960
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 iyun 1992 (31 yaşında)
Vəfat yeri Aranzəmin yüksəkliyi, Ağdam rayonu, Azərbaycan
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı azərbaycanlı
Uşağı Əminə Axundova
Atası Məlik Əsgərov
Anası Rəfiqə Əsgərova
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Fəaliyyəti Həkim
Mükafatları "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Erkən illəri

Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.

Şəxsi həyatı

Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.

Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı:

" Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı… "

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.

Ölümü

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də həlak olub.

Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarıbülbül var idi. 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

İrsi və xatirəsi

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.

Filmoqrafiya

20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • 1993 — Azərbaycan Azərbaycanın Milli Qəhrəmanı

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 99.

Həmçinin bax

  • Rəhilə Orucova

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gültəkin əsgərova sözünün mənası, gültəkin əsgərova haqqında məlumat. gültəkin əsgərova nədir? gültəkin əsgərova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Karl körpüsü

  • Mart 01, 2026

    Məlumat (qəzet)

  • Fevral 27, 2026

    Rüfət Ağayev

  • Fevral 27, 2026

    Azərbaycan Superkuboku

  • Fevral 26, 2026

    MediaViki

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst