Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahrızlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.

Mahrızlı (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Mahrızlı (Ağdam)

Mahrızlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.

Mahrızlı
40°03′06″ şm. e. 47°03′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Zəngişalı bələdiyyəsi
Tarixi və coğrafiyası
Əsası qoyulub 1820
İlk məlumat 1830
Mərkəzin hündürlüyü 252 m
İqlimi Soyuq yarımsəhra
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.600 nəfər (1979)
Milli tərkibi azərbaycanlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0234
Nəqliyyat kodu 02
Mahrızlı xəritədə
Mahrızlı
Mahrızlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Zəngişalı bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

Etimologiyası

Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olmasına baxmayaraq, Tatyana Aristovaya görə. onun adı kürd mənşəli mahrızlı tayfası ilə əlaqədardır.

Tarixi

Tatyana Aristovaya görə. Mahrızlı kəndi 1820-ci ildə İrandan Azərbaycana köçmüş, kürd mənşəli mahrızlı tayfası tərəfindən salınmışdır. Buna baxmayaraq, Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olduğu göstərilir.

1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatla qarşılaşmaq olar. Kənd "Qafqaz təqvimi"nin 1906-ci il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi. Buna baxmayaraq, 1913-cu ildə Rusiya imperiyasının ərazi bolgüsundə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə daxil olmuşdur.

1926-cı ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsunə görə kənd Ağdam qəzasının Xındırıstan dairəsinin tərkibinə daxil edilir. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati quruluşunda dəyişiklikliklər edilir və kənd Ağdam rayonunun Zəngişalı kənd sovetinə birləşdirilir. Respublikada 1961 və 1979-cu illərdə həyata keçirilən inzibati ərazi bölguləri zamanı kənd Zəngişalı kənd sovetinin tərkibində saxlanılır.

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra kənd, Ağdam rayonu Zəngişalı İnzibati Ərazi Dairəsinin tərkibindədir. Azərbaycan Respublikasının 1999-cu ildə həyata keçirdiyi bələdiyyə inzibati bölgusundən sonra kənd, qonşu Zəngişalı kəndi ilə birlikdə yeni yaradılmış Ağdam rayonunun Zəngişalı bələdiyyəsinin tərkibinə daxil olub.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kəndin əhalisi tatarlardan (sonradan azərbaycanlılar) ibarət idi. Buna baxmayaraq, əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. 1886-cı ildə kənddə 240 nəfər yaşayırdı. Kəndin daxil olduğu Zəngişalı İnzibati Ərazi dairəsinin 2009-cu il üzrə əhali statistikasına görə, burada 4,471 nəfər yaşayır.

Tanınmış şəxsiyyətləri

  • Yaqub Rüstəmov
  • Rahib Məmmədov
  • Şahmar Mahrızlı

İqtisadiyyatı

R27 nömrəli Yevlax-Bərrdə-Ağdam yolu ilə R33 nömrəli Hüsulu-Muğanlı yolunu birləşdirən Sarıcalı kənd yolu Mahrızlıdan keçir. Kənddə hal hazırda telefon xətti və ADSL internet mövcuddur. Kənddə Azərpoçtun fillialı var.

Mədəniyyət

Kənddə Kitabxana, Kənd klubu mövcuddur. Kənddə həmçinin "Rahib Məmmədov adına Döyuş Şöhrəti" muzey fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahrızlı (Ağdam) haqqında məlumat. Mahrızlı (Ağdam) nədir? Mahrızlı (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əlincə

  • Fevral 27, 2026

    Sezar mükafatı

  • Mart 01, 2026

    Kliment Voroşilov

  • Mart 01, 2026

    Əlincəçay xanəgahı

  • Fevral 27, 2026

    Vanadium(III)oksid

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst