Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

MediaWiki proqramı — Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün

MediaViki

  • Ana Səhifə
  • Vikipediya
  • MediaViki

MediaWiki proqramı — Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır. "MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır. "MediaWiki" sözünü "WikiMedia" sözü ilə qarışdırmaq olmaz.

MediaWiki
Loqonun şəkli
Tipi Viki proqram təminatı
Tərtibatçı Vikimedia Fondu
Repozitoriya gerrit.wikimedia.org/g/m…
Proqramlaşdırma dili PHP, JavaScript
Əməliyyat sistemi çarpaz platformalı[d]
İnterfeysin dili Afar dili, Arbereş dialekti, Abxaz dili, Açe dili, Ərəb dilinin İraq dialekti, Aşağı Adıqca, Afrikaans, Alban dilinin Gheq dialekti, Altay dili, amhar dili, Araqon dili, Köhnə ingilis dili, Levant ərəbcəsi, ərəb dili, Arami dili, Mapuçe dili, Ərəb dilinin Əlcəzair dialekti, Ərəb dilinin Misir dialekti, Assam dili, Asturiya dili, Avar dili, Kotava, Aymara dili, Azərbaycan dili, Başqırd dili, Bavariya dialekti, Belarus dili, bolqar dili, Bislama, Bancar dili, Bambara dili, Benqal dili, Tibet dili, Bişnupriya-manipuri, Bəxtiyari dialekti, Breton dili, Brahui dili, Bosniya dili, Bugi dili, Buryat dili
Yayımlanma tarixi 25 yanvar 2002
Platforma çarpaz platformalı[d]
Sonuncu versiya
  • 1.45.1
Sayt mediawiki.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

CMS MediaWiki üçün proqram təminatları

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

  • Veb-serverlər – Apache və ya IIS
  • PHP-nin 5.0 və yuxarı versiyalar
  • VB serveri – My SQL 4.0 verilənlər bazasının idarəetmə sistemləri (VBİS) və yuxarı versiyalar
  • Postgru SQL 8.1 və yuxarı versiyalar.

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün Ocaml dilindən istifadə olunur ki, bunun üçün də serverə LaTeX, Dvips və İmageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

CMS MediaWiki proqramının əsas təyinatı

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimediya faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Qeyd: Keşləmə, tələb olunma ehtimalı daha çox olan informasiyaların sürətlərinin çıxarılması və xüsusi qovluqlarda yaddaşda saxlanması deməkdir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistem GNU lisenziyası əsasında Wikimedia Foundation Inc. (http://wikimediafoundation.org) qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlayır.

MediaWiki sisteminin üstünlüyü və mənfi amillər

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin, sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və bu istinadların bir hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın olması və sistemliliyin pozulma hallarına rast gəlinməsi.

Həmçinin bax

  • Vikipediya
  • İnternet
  • Viki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, MediaViki haqqında məlumat. MediaViki nədir? MediaViki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəcibə Məlikova

  • Fevral 27, 2026

    Sadıqcan

  • Fevral 24, 2026

    29 iyul

  • Fevral 27, 2026

    Fəxrəddin ər-Razi

  • Fevral 25, 2026

    Hümbət Hümbətov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst