Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xarıbülbül (lat. Ophrys sphegodes subsp. taurica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinin ophrys sphegodes nö

Xarıbülbül

  • Ana Səhifə
  • Vikipediya
  • Xarıbülbül

Xarıbülbül (lat. Ophrys sphegodes subsp. taurica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinin ophrys sphegodes növünə aid bitki yarımnövü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.

Xarıbülbül
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Səhləbkimilər
Yarımfəsilə:
Səhləbkimilər
Triba:
Səhləbkimilər
Yarımtriba:
Səhləbkimilər
Cins:
Ofris
Növ:
Ophrys sphegodes
Yarımnöv:
Xarıbülbül
Beynəlxalq elmi adı
  • Ophrys sphegodes subsp. taurica
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
2007-ci ildə buraxılmış Azərbaycan poçt markası

Mündəricat

Arealı

Albaniya, Bolqarıstan, Kipr, Egey dənizinin şərqindəki adalar, Yunanıstan, İran, İraq, Krit, Krım, Livan, Suriya, Şimali Qafqaz, Balkan yarımadasının şimal-qərbi, Fələstin, Rumıniya, Cənubi Qafqaz və Türkiyədə yayılmışdır.

Botaniki xarakteristikası

Xarıbülbül çoxillik ot bitkisidir. Bitkinin adı fars dilindəki xar (tikan) və bülbül sözlərinin birləşməsindən yaranıb. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-sm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3 sm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir.

Çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir, sarımtıl-yaşıl rəngdədir, daxili yarpaqcıqları xətvari-neştərşəkillidir, yaşılımtıl-qonur rəngdədir; dodağı məxmər kimidir, görünüşünə görə enli əksinəyu-murtaşəkillidir, tünd qırmızı-qonur rəngdə olub, mavitəhər-bənövşəyi rəngli H hərfinə oxşar cizgisi vardır, bütöv və ya üç bölümlüdür, orta bölümü böyrəkşəkilli-ürəkşəkilli kiçik qabarlı törəməlidir, kənardakılar qısa olub, uzunsov-üçkünclüdür. Aprel-iyun aylarında çiçəkləyir.

Məhdudlaşdırıcı amillər

Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.

Azərbaycanda yayılması

Azərbaycanda Şuşa və ətraf ərazilərdə, Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Əsas otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında olur.

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.

Sinonimləri

Homotipik sinonimləri

  • Ophrys aranifera subsp. taurica (Aggeenko) K.Richt.
  • Ophrys aranifera var. taurica Aggeenko
  • Ophrys aranifera f. taurica (Aggeenko) Soó
  • Ophrys mammosa subsp. taurica (Aggeenko) Soó
  • Ophrys taurica (Aggeenko) Nevski

Heterotipik sinonimləri

  • Ophrys adonidis A.Camus & Gomb.
  • Ophrys aegilica Engelen
  • Ophrys aesculapii subsp. pseudoaraneifera Renz
  • Ophrys alasiatica Kreutz, Segers & H.Walraven
  • Ophrys amanensis subsp. antalyensis (Kreutz & Seckel) Kreutz
  • Ophrys amanensis subsp. iceliensis (Kreutz) Kreutz
  • Ophrys antalyensis Kreutz & Seckel
  • Ophrys aranifera var. boissieri (Soó) Soó
  • Ophrys aranifera subsp. boissieri (Soó) Soó
  • Ophrys aranifera f. hymettii Soó
  • Ophrys aranifera subsp. macedonica H.Fleischm. ex Soó
  • Ophrys aranifera subsp. mammosa (Desf.) Soó
  • Ophrys aranifera var. mammosa (Desf.) Rchb.f.
  • Ophrys aranifera var. vierhapperi Soó
  • Ophrys aranifera subsp. vierhapperi (Soó) Soó
  • Ophrys caucasica Woronow ex Grossh.
  • Ophrys caucasica subsp. cyclocheila Aver.
  • Ophrys chaonica P.Delforge
  • Ophrys ciliciana (Kreutz) P.Delforge
  • Ophrys cretensis subsp. samica A.Alibertis
  • Ophrys cyclocheila (Aver.) P.Delforge
  • Ophrys doerfleri subsp. mouterdeana (B.Baumann & H.Baumann) Paulus & M.Hirth
  • Ophrys eretriae M.Hirth & Paulus
  • Ophrys grammica (B.Willing & E.Willing) Devillers-Tersch. & Devillers
  • Ophrys grammica subsp. knossia A.Alibertis
  • Ophrys hansreinhardii M.Hirth
  • Ophrys herae M.Hirth & H.Spaeth
  • Ophrys herae f. janrenzii (M.Hirth) P.Delforge
  • Ophrys herae subsp. janrenzii (M.Hirth) M.Hirth
  • Ophrys herae subsp. osmaniaca Kreutz
  • Ophrys hittitica Kreutz & Ruedi Peter
  • Ophrys hystera Kreutz & Ruedi Peter
  • Ophrys iceliensis Kreutz
  • Ophrys janrenzii M.Hirth
  • Ophrys knossia (A.Alibertis) P.Delforge
  • Ophrys leucophthalma Devillers-Tersch. & Devillers
  • Ophrys macedonica (H.Fleischm. ex Soó) Devillers-Tersch. & Devillers
  • Ophrys mammosa Desf.
  • Ophrys mammosa var. boissieri Soó
  • Ophrys mammosa subsp. caucasica (Woronow ex Grossh.) Soó
  • Ophrys mammosa subsp. ciliciana Kreutz
  • Ophrys mammosa subsp. cyclocheila (Aver.) B.Baumann, H.Baumann, R.Lorenz & Ruedi Peter
  • Ophrys mammosa subsp. falsomammosa B.Baumann & H.Baumann
  • Ophrys mammosa f. falsomammosa (B.Baumann & H.Baumann) P.Delforge
  • Ophrys mammosa subsp. grammica B.Willing & E.Willing
  • Ophrys mammosa subsp. janrenzii (M.Hirth) Kreutz
  • Ophrys mammosa subsp. leucophthalma (Devillers-Tersch. & Devillers) Kreutz
  • Ophrys mammosa subsp. macedonica (H.Fleischm. ex Soó) Kreutz
  • Ophrys mammosa subsp. mouterdeana B.Baumann & H.Baumann
  • Ophrys mammosa subsp. parviflora Kreutz & H.Heitz
  • Ophrys mammosa subsp. posteria B.Baumann & H.Baumann
  • Ophrys mammosa subsp. serotina B.Willing & E.Willing
  • Ophrys mammosa subsp. vierhapperi (Soó) Soó
  • Ophrys morio Paulus & Kreutz
  • Ophrys mouterdeana (B.Baumann & H.Baumann) P.Delforge
  • Ophrys osmaniaca (Kreutz) P.Delforge
  • Ophrys palaestinae Kreutz & Shifman
  • Ophrys paphlagonica (Kreutz) P.Delforge
  • Ophrys posteria (B.Baumann & H.Baumann) Devillers & Devillers-Tersch.
  • Ophrys prespaensis M.Hirth & Paulus
  • Ophrys pseudomammosa Renz
  • Ophrys sintenisii H.Fleischm. & Bornm.
  • Ophrys sphegodes subsp. alasiatica (Kreutz, Segers & H.Walraven) H.Baumann & R.Lorenz
  • Ophrys sphegodes subsp. caucasica (Woronow ex Grossh.) Soó
  • Ophrys sphegodes subsp. grammica (B.Willing & E.Willing) Kreutz
  • Ophrys sphegodes subsp. herae (M.Hirth & H.Spaeth) Kreutz
  • Ophrys sphegodes subsp. janrenzii (M.Hirth) Kreutz
  • Ophrys sphegodes subsp. mammosa (Desf.) Soó ex E.Nelson
  • Ophrys sphegodes subsp. parnassica Soó ex J.J.Wood
  • Ophrys sphegodes subsp. sintenisii (H.Fleischm. & Bornm.) E.Nelson
  • Ophrys spruneri var. orientalis Soó
  • Ophrys transhyrcana subsp. hittitica (Kreutz & Ruedi Peter) Deniz
  • Ophrys transhyrcana subsp. morio (Paulus & Kreutz) Kreutz
  • Ophrys transhyrcana subsp. mouterdeana (B.Baumann & H.Baumann) Kreutz
  • Ophrys transhyrcana subsp. paphlagonica Kreutz
  • Ophrys transhyrcana subsp. sintenisii (H.Fleischm. & Bornm.) Kreutz
  • Ophrys transhyrcana var. sintenisii (H.Fleischm. & Bornm.) Hennecke
  • Ophrys tremoris Gämperle & Gölz
  • Ophrys willingii Paulus & M.Hirth
  • Ophrys zagrica Gölz

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xarıbülbül haqqında məlumat. Xarıbülbül nədir? Xarıbülbül nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bina

  • Fevral 27, 2026

    Vitruvius insanı

  • Fevral 27, 2026

    Saturn Aura

  • Fevral 27, 2026

    Urmiya xanlığı

  • Fevral 27, 2026

    Troyekurov qəbiristanlığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst